...

Əfqanıstan minaaxtaranları Azərbaycana gəlir

Cəmiyyət Materials 2 İyul 2012 16:40 (UTC +04:00)
Əfqanıstan Milli Fəlakətlər İdarəsinin baş direktoru Məhəmməd Daim Kakar, II vitse-prezidentin Aparat rəhbəri Abdul Həmid Nab və Əfqanıstan Minatəmizləmə Departamentinin direktoru Samandari Mohd Qasim 2-7 iyul tarixlərində Azərbaycanda səfərdə olacaqlar.
Əfqanıstan minaaxtaranları Azərbaycana gəlir

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir M.Əliyev/

Əfqanıstan Milli Fəlakətlər İdarəsinin baş direktoru Məhəmməd Daim Kakar, II vitse-prezidentin Aparat rəhbəri Abdul Həmid Nab və Əfqanıstan Minatəmizləmə Departamentinin direktoru Samandari Mohd Qasim 2-7 iyul tarixlərində Azərbaycanda səfərdə olacaqlar.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) bazar ertəsi Trend-ə verilən məlumata görə, eyni zamanda, Əfqanıstan nümayəndə heyəti ilə birgə Tacikistan Minatəmizləmə Mərkəzinin direktoru Muxabbed İbrohimov da Azərbaycanda səfərdədir.

Əfqanıstan nümayəndə heyəti və Tacikistan Minatəmizləmə Mərkəzinin direktoru iyulun 3-də Füzuli regionunda aparılan əməliyyatlarla, eləcə də minaaxtaran itlər və mexaniki minatəmizləmə maşınlarının fəaliyyəti ilə tanışlıq məqsədilə Agentliyin Füzuli Regional Bazasına, iyulun 4-də isə ANAMA tərəfindən keçirilən təlimlər və təlim avadanlıqları ilə tanışlıq məqsədilə Göygöl Regional Təlim Bazasına səfər edəcəklər.

2009-cu ildən etibarən Azərbaycanın Əfqanıstanla "Qeyri-hərbi sahədə humanitar yardım proqramı" çərçivəsində ANAMA tərəfindən Əfqanıstan Minatəmizləmə Departamentinə milli potensialın yaradılması, keyfiyyətin qiymətləndirilməsi, Mina Aksiyası İnformasiya İdarəetmə Sistemi (İMSMA), Mina Təhlükəsinə dair Maarifləndirmə (MTM) sahəsində yardım, eləcə də MTM üzrə şagirdlər üçün 24000 ədəd, müəllimlər üçün 1500 ədəd vəsaitin çap edilərək çatdırılması üzrə işlər görülüb.

ANAMA mütəxəssisləri tərəfindən Kabil şəhəri və Pərvan əyaləti məktəblərinin 800 müəllimi üçün MTM üzrə təlimlər keçirilib. Qeyd olunan işlər 2012 və 2013-cü ildə də davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti