Qəlbimiz bütün Avropa üçün açıqdır, yaxud "Eurovision 2012" mahnı müsabiqəsi haqqında düşüncələr

Qəlbimiz bütün Avropa üçün açıqdır, yaxud "Eurovision 2012" mahnı müsabiqəsi haqqında düşüncələr

Aslan Aslanov, AzərTAc-ın baş direktoru

Odlar yurdu. Bu adı möcüzələr diyarı Azərbaycana Yerin təkindən üzə çıxan alovun insanlara işıq və istilik bəxş etdiyi qədim dövrlərdə vermişlər. Yurdumuz kimi, insanlarımızın da qəlbi işıqlı, qanı isti, ürəyi odlu-alovludur. Azərbaycan xalqı bu ölkəyə saf niyyətlə və xoş məramla gələn hər kəsdən öz qəlbinin hərarətini, könül evinin işığını heç zaman əsirgəməmişdir.

Bu hisslər hər bir vətənpərvər azərbaycanlı üçün qürur mənbəyidir. Ona görə də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva başda olmaqla "Eurovision-2012" mahnı müsabiqəsinin təşkilatçıları bu tədbirin loqotipinin seçilməsində tərəddüd etmədilər: insanları birləşməyə, sülhə və həmrəyliyə çağıran "Öz məşəlini alovlandır!" devizi və odlu çiçək musiqi bayramının rəmzi oldu.

Azərbaycanın ev sahibi olduğu "Eurovision-2012" mahnı müsabiqəsi sayca 57-ci idi. 2011-ci ildə Almaniyanın Düsseldorf şəhərində keçirilən müsabiqənin finalında Eldar və Nigar dueti 221 xal toplayaraq birinci yeri tutandan sonra Azərbaycan növbəti müsabiqəyə ev sahibliyi hüququnu qazanmışdı. Bundan dərhal sonra paytaxt Bakıda "Eurovision" mahnı müsabiqəsinə ciddi hazırlıq işlərinə başlandı.

On beş gün Avropanın qəlbi Bakıda döyündü. Dünya musiqisevərləri "Eurovision-2012"nin mayın 22-də və 24-də yarımfinal, 26-da isə final mərhələlərinin unudulmaz həyəcanını yaşadılar.

Təbii ki, belə bir möhtəşəm tədbirin keçirilməsi ölkəmizin dünya miqyasında təqdim edilməsi, xalqımızın zəngin mədəniyyətinin, yurdumuzun gözəl təbiətinin, turizm potensialının təbliği üçün yeni imkanlar açdı, eyni zamanda, infrastrukturun inkişafına da ciddi təkan verdi. Azərbaycan onun qarşısında duran vəzifələrin öhdəsindən şərəflə gəldi. Çox qısa müddətdə Bakıda, Dövlət Bayrağı Meydanının yaxınlığında məxsusi olaraq "Eurovision-2012" mahnı müsabiqəsi üçün 23 min tamaşaçı tutan möhtəşəm "Baku Crystal Hall" Konsert Kompleksi inşa edildi. Bunlar həqiqətən böyük enerji, yüksək təşkilatçılıq, fədakarlıq, iradə, hünər və qətiyyət tələb edən işlər idi.

Ancaq hər bir yeniliyə, uğura "qulp qoymaq" fürsəti axtaran bəzi Qərb KİV-ləri dərhal bütün dünyaya car çəkməyə başladı ki, guya Azərbaycan bu mahnı müsabiqəsindən özünü "gözə soxmaq" üçün istifadə etməyə çalışır. Bu KİV-lər hətta dünyada 125 milyon insanın izlədiyi müsabiqənin özünə də qara yaxmağa çalışır, onun haqqında qərəzli ifadələr işlədirdilər. Nə baş vermişdi? Onlar niyə belə edirdilər? Azərbaycan kimin haqqını əlindən almışdı? Belə müsabiqələr keçirən ölkə özünü, maddi-mənəvi dəyərlərini, adət-ənənələrini bir daha göstərməyə çalışırsa, bunun nəyi pisdir? Məhz rəsmi Bakı da o günlərdə dəfələrlə bəyan etmişdi ki, "Eurovision" müsabiqəsini keçirmək Azərbaycan üçün məqsəd deyil, vasitədir. Bəs onda bədxahlarımız nə istəyirdilər?

Bu və digər suallar barədə düşünərkən bu qənaətə gəldim ki, Azərbaycan kimi gənc, sürətlə inkişaf edən bir ölkədə "Eurovision-2012" mahnı müsabiqəsi tək möhtəşəm tədbirlər zamanı bədxah, paxıl, riyakar, ikiüzlü ünsürlərin zühur etməsi təəccüblü deyildir. Belələri təmsil etdikləri təşkilatların və ya nəşrlərin reytinqini "yüksəltmək" üçün boş yerə hay-küy salmağa, bəzən də özünə diqqəti cəlb etməyə, guya söz azadlığı və insan hüquqları uğrunda mübarizlər kimi "xal qazanmağa" çalışırlar. Qalmaqalları ilə ad çıxarmış bəzi "məşhur" siyasətçilər, sifarişlə ağı qara yazan jurnalistlər və başqaları o günlərdə Azərbaycana qarşı iyrənc böhtan yarışına girmişdilər. Görünür, belələri onlar üçün qara piar olan bu fürsəti çoxdan gözləyirmişlər ki, suyu bulandırıb balıq tutsunlar. Onların əsas məqsədi diqqəti özlərinə cəlb etmək və "bütün məclis boyu səhnədə parlamaq", hətta təlxəklik etməkdir.

Başqa ölkələrdə belə mühüm tədbirlərin keçirilməsi tarixinə nəzər salsaq, orada da oxşar mənzərənin şahidi olarıq. Belələrinin çoxunun sifarişlə işləməsi faktını da nəzərdən qaçırmamalıyıq. Onlar aldıqları pulun müqabilində o qədər hay-küy salırlar ki, ilk baxışda hadisələrin gedişinə təsir göstərə biləcəkləri təsəvvürü yaranır. Ancaq bunlar sabun köpüyünə bənzəyir, bir qədər havada uçur və partlayıb yox olur.

Bunu yəqin etmək üçün "Eurovision-2012" mahnı müsabiqəsi zamanı bizim opponentlərin nə barədə danışdıqlarını və yazdıqlarını qısaca xatırlatmaq kifayətdir.

Mahnı müsabiqəsi keçirilən dövrdə bəzi xarici jurnalistlər nədənsə bizim şəhərin gözəlliyinin süni olduğunu güman etmiş və Bakını müsabiqədən sonra görmək istədiklərini yazmışdılar. Onlara elə gəlirdi ki, bütün bunlar butaforiyadır və müsabiqədən sonra bu gözəlliklər də nağıllardakı kimi yoxa çıxacaqdır. Belə yerdə deyiblər: milçək bir şey deyil, ürək bulandırır.

Bu məddahlar elə danışırdılar ki, guya bütün yeni binalar, muzeylər, parklar, şəhərimizin görməli yerləri, günbəgün yenilənən, inkişaf edən Azərbaycanda müstəqillik illərində yaradılmış bütün bu gözəllikləri aparıb haradasa gizlətmək və ya götürüb daha yaxşı vaxta qədər saxlamaq olarmış. Cənablar, məlumunuz olsun ki, Azərbaycanın simasının dəyişməsi nəinki builki müsabiqədən, hətta keçənilki mahnı yarışmasında bizim nümayəndələrin qələbəsindən neçə illər əvvəl başlanmış möhtəşəm, məqsədyönlü, perspektivə hesablanmış işlərin məntiqi yekunudur.

Azərbaycan tarixən qısa müddətdə nail olduğu tərəqqini müstəqilliyini bərpa edəndən 20 il sonra bütün dünyaya nümayiş etdirdi. Azərbaycan bu illərdə inkişafın özünəməxsus modelini yaratmışdır. İndi Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir. Azərbaycan yeni cəmiyyət quruculuğuna sürətlə transformasiya etmişdir. Ağır böhran burulğanında ümidsiz halda çarpışan Avropa ölkələrinin əksəriyyətindən fərqli olaraq Azərbaycanda maliyyə-iqtisadi artım sabit templərlə davam edir. Azərbaycan sürətli iqtisadi inkişafı, o cümlədən qeyri-neft sektorunun davamlı artımını iqtisadi və siyasi sabitliklə uzlaşdırmağa nail olmuşdur. Təbii ki, bütün bunlar dostlarımızı sevindirir, düşmənlərimizdə isə həsəd və paxıllıq hissləri doğurur.

Opponentlərin söylədiklərinə məna baxımından təsir göstərən bir mühüm məqam barədə söhbət açmaq yerinə düşər. Almaniyada çıxan "Die Welt" nəşrinin jurnalisti Xolger Kraytlinq "Eurovision-2012" mahnı müsabiqəsinin qalibi isveçli Lorinin iştirakı ilə mətbuat konfransını belə təsvir edir: "Müsabiqənin 28 yaşlı qalibi səhnədə siçan kimi sakitcə əyləşmişdi və qorxa-qorxa ətrafa baxırdı. Elə təsəvvür yaranırdı ki, onu hansısa qoruq meşəsindən tutub səhvən buraya göndərmişlər. Buna baxmayaraq, Lorin öz mahnısını mistik meşə mələyi obrazında ifa etdi və qələbə qazandı".

Jurnalist dərhal Lorini 2010-cu ildəki müsabiqənin almaniyalı qalibi Lena Mayer ilə müqayisə edir və Lena barəsində çox təmtəraqlı fikirlər söyləyir. Bundan əlavə, həmin jurnalistin fikrincə, Bakıda keçirilən müsabiqədə də ən yaxşı iki mahnıdan biri Almaniyanın nümayəndəsi Roman Lobun ifa etdiyi "Standing Still" kompozisiyası olmuşdur. Jurnalistin mövqeyi aydındır, axı kim öz ayranına turş deyər? Bununla belə, Xolger Kraytlinqin obyektivlikdən uzaq olmasına göz yummaq mümkün deyil.

Kraytlinq daha sonra Lorinin qələbəsinə açıq-aşkar qərəzli münasibət bildirir: "Əgər sən müsabiqədə qalib gəlmiş mahnının o qədər də maraqlı olmadığını, onda bayağılıq və çiylik əlamətləri olduğunu düşünürsənsə, həyəcanlanmaya bilərsən, belə düşünən tək sən deyilsən". Bunun ardınca Kraytlinq müsabiqənin daha bir iştirakçısı - Norveç nümayəndəsi Tuci barədə qərəzli fikirlər söyləyir: "Zəfər və biabırçılıq lap yanaşı ola bilərmiş, bəstəkar və prodüser Peter Bostremin çıxışı buna sübutdur. Bu İsveç nümayəndəsi Bakıda Lorinin yanında əyləşmişdi. "Eurovision-2012" mahnı müsabiqəsində iki kompozisiya - Lorinin ifasında "Eyforiya" və norveçli Tucinin təqdimatında "dums-dums umsa-umsa" tipli sadə bir etnik rəqs onun adı ilə bağlı idi".

Görəsən, bu "zəhər tuluğu"nun belə kəskin ifadələr işlətməsinə səbəb nədir? Məsələ bundadır ki, həmin müğənnilərin hər ikisi mənşəcə qeyri-avropalı və hətta başqa dini mədəniyyətə mənsub olan adamlardır. Tam ad-soyadı Lorin Zinab Noka Talyaui olan Lorin Mərakeş-Liberiya mənşəlidir, Tuci isə İranın Şiraz şəhərində anadan olmuşdur. Alman jurnalist özünün kin-küdurətini, daha dəqiq desək, millətçilik təzahürlərini gizlədə bilməmişdir: "axı nə üçün onlar "Eurovision" mahnı müsabiqəsində Avropanı təmsil edirlər, ümumiyyətlə, bu müsabiqə nə üçün müsəlman ölkəsində keçirilir?". Bu başabəla jurnalistin müsabiqənin "qeyri-avropalı" iştirakçılarının ünvanına işlətdiyi bütün ağlasığmaz epitetləri sadalamağa lüzum görmürəm. Ona görə ki, Avropa Yayım Birliyinə daxil olan hər bir ölkə (hətta Avropa hüdudlarından kənarda olsa belə) bu müsabiqədə iştirak edə bilər. 1980-ci ildə müsabiqədə iştirak etmiş Şimali Afrika ölkəsi Mərakeş, habelə indiyə qədər hər il müsabiqəyə iştirakçılar göndərən İsrail belə ölkələrdəndir.

"Eurovision" mahnı müsabiqəsi ilə əlaqədar kin-küdurət püskürən jurnalistlərdən biri də Britaniyada çıxan "The İndependent" nəşrinin müxbiri Dom Coli olmuşdur. O yazır: "Mən "Eurovision" mahnı müsabiqəsinə baxmırdım. Ümumiyyətlə, həmin müsabiqəni heç olmasa bir dəfə gördüyümə əmin deyiləm, lakin əminəm ki, o, mənim zövqümə uyğun deyil. Mən bu özünəməxsus tədbirə ev sahibliyi etdiyinə görə öz kiçik qonşusu Azərbaycanı qınayan İran hökuməti ilə müəyyən mənada razıyam".

İngilis jurnalistin bu məsələdə İran ilə bu dərəcədə həmrəy olması çox qəribə görünə bilərdi, lakin bir mühüm məqam hər şeyə aydınlıq gətirir: Dom Coli əslən iranlıdır və Yəzd şəhərində anadan olmuşdur. Onun gizlətmədiyi kin-küdurətin, paxıllığın əsas səbəbi də budur.

Belə cəfəng yazıları oxuyanda başa düşürsən ki, onların əsas məqsədi Azərbaycanın imicinə zərər vurmaq, hətta ən yüksək dərəcədə inkişaf etmiş ölkələrin də demək olar ki, hər birində rast gəlinən xırda qüsurları hədsiz şişirdərək "milçəyi filə döndərmək" istəyidir. Sanballı nəşrlərdə bu cür qərəzli yazıların dərc edilməsi isə yalnız heyrət və təəssüf doğurur. Görünür, onlar fikirləşmirlər ki, düşünülməmiş belə addımlar atmaqla öz imiclərini korlayırlar. Görünür, fikirləşmirlər və yeri gələndə şeytanla da əməkdaşlıq etməyi məqbul sayırlar.

Əlbəttə, bütün bu qarayaxmalarda siyasi məqsədlərin olması da istisna edilmir. Onlar "Eurovision" mahnı müsabiqəsini maraqla izləyən çoxmilyonlu auditoriyanın diqqətini bu yolla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, mədəni Avropanın xalqımıza qarşı törədilən ədalətsizliklərə barmaqarası baxmasından, erməni faşistləri və separatçıları tərəfindən doğma yurdlarından qovulmuş bir milyon azərbaycanlının problemlərindən, Xocalı, Qaradağlı faciələrindən, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində törədilən vandalizmdən yayındırmağa çalışırlar.

Almaniya Bundestaqının deputatları - iqtisadi əməkdaşlıq, inkişaf və turizm üzrə parlament komitələrinin üzvü Xelqa Daub, Bundestaqın Almaniya-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri Yohannes Kars, habelə almaniyalı tanınmış siyasi xadim Günter Verxeugen müsabiqə ərəfəsində Azərbaycana qarşı həmlələr seriyasını belə izah edirlər: "Azərbaycana münasibətdə ədalətsizlik edilmişdir. Mətbuat bizim ölkədə də rast gəlinən bəzi məsələləri həddən artıq şişirdir. Dünyada problemləri olmayan dövlət yoxdur. Üstəlik, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi kimi ağrılı problemi vardır. "Eurovision" mahnı müsabiqəsi ərəfəsində bütün dünyanın diqqəti Azərbaycana yönəldiyinə görə ədalətsiz tənqid halları da olmuşdur. Bütün bu anlaşılmazlıqlara son qoymaq üçün Azərbaycana gəlmək və buradakı tərəqqini, inkişafı öz gözləri ilə görmək kifayətdir".

Ədalət naminə demək lazımdır ki, geniş bir coğrafi məkanı əhatə edən başqa yazıların, bəyanat və rəylərin böyük əksəriyyətinin müəllifləri yekdilliklə bildirmişlər ki, xaricdəki islam ictimaiyyətinin qəzəbinə, Ermənistanın müsabiqədə iştirak etməkdən imtinası ilə bağlı qalmaqala və dünya hüquq-müdafiə təşkilatlarının gurultulu bəyanatlarına baxmayaraq, Azərbaycan öz müstəqilliyi tarixində Qərbin mədəni paradiqmasına inteqrasiyanın ən təsirli nümunəsini nümayiş etdirdi.

Duqlas və Sara Elisson adına Rusiya və Avrasiya Tədqiqatları Proqramının böyük elmi işçisi Ariel Koen "The National İnterest" jurnalında dərc edilmiş məqaləsində müsabiqənin Bakıda keçirilməsini bu cür qiymətləndirir: "Bu yaxınlarda populyar teleşou - "Eurovision" mahnı müsabiqəsi keçirilmiş Azərbaycan müsəlman dünyası, xüsusən qonşu İran üçün misli görünməmiş milli və dini dözümlülük səviyyəsi nümayiş etdirdi. Bu modeli alqışlamaq və Amerikanın islam ölkələrinə ünvanladığı ictimai demokratiya çərçivəsində inkişaf etdirmək lazımdır".

Koen ilə razılaşmamaq mümkün deyil, çünki tolerantlıq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir və əsrlər boyu mövcuddur. Bu, danılmaz faktdır.

Azərbaycan müsabiqəni yüksək səviyyədə keçirməklə beynəlxalq səviyyəli tədbirlərə münasibət mədəniyyətini bir daha nümayiş etdirdi. İndiyə qədər Bakıda keçirilmiş beynəlxalq forumlar, simpoziumlar, konfranslar, idman yarışları məhz kommunikasiya sisteminin bu mühüm komponenti nəzərə alınmaqla təşkil edilmişdir. Biz özümüz də xarici ölkələrdə bu qəbildən tədbirlərdə iştirak edərkən bunların yüksək səviyyədə təşkil edilməsinin, insanlara səmimi münasibətin şahidi olur və qayıdandan sonra bu barədə xoş niyyətlə danışır, təəssüratlarımızı bölüşürük. Azərbaycan da qonaqlara öz mədəniyyətini, qonaqpərvərlik ənənələrini nümayiş etdirir. Məgər burada hansısa gizli məna axtarmaq olarmı? Əlbəttə, yox! Onu da əlavə etmək istərdim ki, Azərbaycanda mövcud olan, xarici ekspertlərin və müşahidəçilərin dönə-dönə xüsusi vurğuladığı tolerantlıq təkcə müsəlman dünyası üçün deyil, Avropa ölkələri üçün də nümunə ola bilər.

Mahnı müsabiqəsi ölkələri və insanları birləşdirən, qarşılıqlı anlaşmaya şərait yaradan mədəniyyət körpüsüdür. O, siyasi haqq-hesab çəkmək, hamıya və hər şeyə əsassız qara yaxmaq alətinə çevrilməməlidir. Azərbaycan hər bir ifaçının, paytaxtımızın hər bir qonağının özünü evindəki kimi rahat hiss etməsi üçün lazım olan hər şeyi etmişdir.

Müsabiqədə 42 dövlət iştirak edirdi. Maliyyə çətinlikləri ilə əlaqədar 2010-cu ildən müsabiqədə iştirak etməyən Monteneqro bu il yenidən həmin tədbirə qayıtmışdı.

Yeri gəlmişkən, Ermənistanın Bakının ev sahibi olduğu "Eurovision-2012" mahnı müsabiqəsində iştirakdan imtina etməsi və erməni müğənnilərin Avropa Yayım Birliyinə və Ermənistan İctimai Televiziyasına ünvanlanmış müraciətinə də münasibət bildirmək istərdim.

Erməni tərəfi öz imtina qərarını əsaslandıraraq bildirirdi ki, Ermənistan silahlı qüvvələrinin əsgəri Albert Adibekyan fevralın 23-də Ermənistanın Tavuş bölgəsində Azərbaycan snayperinin gülləsindən həlak olmuşdur və buna görə də onlar Bakıda keçirilən mahnı müsabiqəsində iştirak etməyəcəklər. Bu bəyanatı Ermənistanın bir sıra populyar artistləri, o cümlədən əvvəlki "Eurovision" mahnı müsabiqələrinin bütün iştirakçıları imzalamışdılar.

Sonradan elə Ermənistan KİV-lərinin özləri etiraf etmişdirlər ki, haqqında söhbət gedən erməni əsgərini öz yoldaşları güllələmişlər. Göründüyü kimi, bu dəfə də Ermənistan təbliğat maşını ənənəsinə sadiq qalaraq beynəlxalq ictimaiyyətə növbəti yalan sırımışdır. Bu təbliğat maşınının "ideoloqları" yaxşı bilirlər ki, bir müddət əvvəl 9 yaşlı azərbaycanlı oğlan öz ölkəsində, öz evinin həyətində sakitcə oynadığı vaxt erməni snayperinin gülləsinə tuş gəlmişdir.

Əlbəttə, ermənilərin "Eurovision" mahnı müsabiqəsində iştirak etməməsinin başqa səbəbləri vardır. Ermənistan sadəcə olaraq, bu müsabiqədə qalib gəlməyə ümid etmir, Bakıda uduzmağı isə heç istəmirdi. Ermənilər illər boyu, mütəmadi olaraq Azərbaycanın musiqi kompozisiyalarını oğurlayır, sonra onlara yüngülvarı "əl gəzdirir" və avropalılara öz mədəni irsləri kimi təqdim edirlər. "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi edən ölkələrdə isə bu cür "dəcəlliklərə" əhəmiyyət vermirlər. Azərbaycanla bağlı halda isə erməni tərəfi, ehtiyatlı tərpənməyi qərara almış, görünür, iflasa uğrayacaqlarını əvvəlcədən bildiklərinə görə imtina yolunu seçmişdir.

Müsabiqənin keçirildiyi müddətdə başqa ölkələrdən Azərbaycana gəlmək üçün viza almaq proseduru sadələşdirilmişdi. Arzu edən hər kəs ölkəmizə gələrək, həm burada baş vermiş bütün dəyişiklikləri öz gözləri ilə görə, həm də insanları qəlbən və ruhən birləşdirən əsl bayram tədbirinin iştirakçısı ola bilərdi.

"Eurovision-2012" mahnı müsabiqəsinin translyasiyasını İTV kanalı təmin edirdi. Azərbaycan təmsilçisi Səbinə Babayeva "When the Music Dies" mahnısını ifa edərək 150 bal toplamış və ölkəmizin bu müsabiqədə fəxri dördüncü yeri tutmasını təmin etmişdir. Müğənnimizin məlahətli səsi, gözəl ifa manerası, səhnə mədəniyyəti insan qəlbini ehtizaza gətirən mahnısı onun güclü vokal imkanlarını nümayiş etdirdi. Finalda Səbinəni müşayiət edən əfsanəvi muğam ustası Alim Qasımov və Azərbaycan xalq çalğı alətləri isə bu mahnını müasir etnik çalarlarla zənginləşdirdi.

Azərbaycanlı ifaçı və onun mahnısı avropalı dinləyicilərin ürəyincə oldu. Odlar yurdu Azərbaycan bu müsabiqədə iştirak etdiyi illər ərzində həmişə ilk onluğa, son dörd ildə isə ilk beşliyə daxil olmaqla sübut etmişdir ki, onun nümayəndələri "Eurovision" mahnı müsabiqəsində həmişə qeyri-adi şou göstərir və gözəl ifa nümayiş etdirirlər.

Qarşıda bizi çox müxtəlif beynəlxalq müsabiqə və idman yarışları gözləyir. Əminəm ki, həmin tədbirlərdə də dünya bizim yeni-yeni dəyərlərimizlə tanış olacaqdır. Deməli, qarşıda hələ bizi çox zəfərlər və qələbələr gözləyir. Nəsibimiz daim zəfərlər olsun!

Azərbaycanda mobil operatorların gəlirləri açıqlanıb
Azərbaycanda mobil operatorların gəlirləri açıqlanıb
Rusiyada "Samsung" smartfonlarının 60-dan çox modelinin satışı qadağan edilib
Rusiyada "Samsung" smartfonlarının 60-dan çox modelinin satışı qadağan edilib
Zəngilanda radio və televiziya yayımı təmin olunub (FOTO)
Zəngilanda radio və televiziya yayımı təmin olunub (FOTO)
Loading Bars
Xəbər lenti
Nyu-York metrosunda atışma olub
"Facebook"un gəliri artıb
Bayden qlobal istiləşmənin zərərini qiymətləndirdi
İspaniyada koronavirusa yoluxanların sayı 5 milyonu ötüb
ABŞ-da ticarət mərkəzində atışma olub, ölənlər və yaralananlar var (ƏLAVƏ OLUNUB)
Polşa Moldovaya 1 milyon kubmetr qaz tədarük edəcək
Ərdoğan ABŞ və bir sıra ölkələrin Türkiyədəki səfirliklərinin açıqlamalarını alqışlayıb
Sudanda etiraz aksiyaları zamanı 7 nəfər ölüb, 140 nəfər yaralanıb
BMT TŞ Sudandakı vəziyyəti müzakirə edə bilər
"Tesla"nın bazar qiyməti 1 trilyon dolları ötüb
Qaxda minik avtomobili yanıb
Türkiyədə son sutkada koronavirusdan 30 824 nəfər sağalıb
Zəfər xronikası 26 oktyabr 2020-ci il: Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib (FOTO/VİDEO)
Zəfər xronikası 26 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 26 oktyabr
Bakıdakı bəzi təhsil müəssisələri regionlara köçürülməlidir - Ekspert
Qubadlı sakini Birinci xanım Mehriban Əliyevaya kəlağayı bağışladı (FOTO/VİDEO)
Azərbaycan FAO ilə tərəfdaşlıq proqramının müddətini uzadır
Nazir Sahil Babayev vahid əlaqələndirmə mərkəzində olub, bir qrup şəhid ailəsi üzvü və qazi ilə görüşüb (FOTO)
Prezident İlham Əliyevin Milli Qəhrəmanın atası ilə səmimi söhbəti: Mən veto qoyacağam ona (FOTO)
Prezident İlham Əliyev: Ölkəmizin yeniləşməsi, xoşagəlməz hallarla mübarizə tam yeni müstəviyə çıxmalıdır
Prezident İlham Əliyev: Mənim üçün ən böyük mükafat keçmiş köçkünlərin gözlərindəki sevincdir, qürurdur
Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi
Prezident İlham Əliyev: Biz qurucu xalqıq və Qubadlını yenidən quracağıq
Prezident İlham Əliyev: 27 ildən sonra biz işğala son qoyduq, düşməni öz torpağımızdan qovduq
Prezident İlham Əliyev: Zəngilan hava limanı gələn il istifadəyə veriləcək
Prezident İlham Əliyev: Biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq
Prezident İlham Əliyev: Azad edilmiş bütün şəhər-kəndlərimizdə bərpa işləri başa çatandan sonra şəhidlərimizin adına küçələr qoyulacaq
Azərbaycanda bal istehsalı planı üstələyib
Azərbaycanda benzin istehsalı artıb
Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr məlum olub
Qubadlını işğaldan azad etməklə düşmənin belini tamamilə qırdıq - Naqif Həmzəyev
Ölkə üzrə payız ağac əkini davam edir
OPEC neft qiymətlərinin artımı fonunda güclü təzyiq altındadır
AQTİ ilə İtaliya qurumu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
Qazaxıstan və Türkmənistan sərhədlərin hüquqi rəsmiləşdirilməsini başa çatdırır
ABŞ-dan olan qonaqlar Multikulturalizm Mərkəzinin qonağı olub (FOTO)
Şavkat Mirziyoyev növbəti dəfə Özbəkistan Prezidenti seçilib
Rusiya Dövlət Teatr Sənəti İnstitutu YARAT-da prodüser laboratoriyası açıb (FOTO)
DGK sədri Hüquq-Mühafizə Təlimləri üzrə Avropa İttifaqı Agentliyinin icraçı direktoru ilə görüşüb (FOTO)
Cənubi Qafqaz regionunda düşmənçilik atmosferini aradan qaldırmalıyıq - Nikol Paşinyan
Rasim Quliyevin məhkəməsində sənədlər tədqiq edilib
Unibank 3-cü rübü də mənfəətlə başa vurub
NATO ilə əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO)
Vətən müharibəsi şəhidi baş leytenant Babayev Vüsalın anım mərasimi keçirilib (FOTO)
ABB sahibkarlar üçün təlim keçirdi
DİN avtomobillərin müxtəlif hissələrinə bayraq vurulmasına münasibət bildirib
Oktyabrın 26-na USD/AZN rəsmi məzənnəsi
FHN hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib
Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetinin rəhbər heyəti ilə görüşüb (FOTO)
“Gənc teatr prodüserləri üçün laboratoriya” fəaliyyətə başladı (FOTO)
Şəhid ailələri və əlilliyi olanlara daha 50 mənzil verildi (FOTO)
Milli Məclisin müzakirə edəcəyi məsələlər məlum oldu
AccessBank-la əmanətini sərbəst idarə et!
Ceyhun Bayramov Əlcəzair səfiri ilə görüşüb (FOTO)
2021-ci ilin Onlayn Qlobal Poster və Rəsm Müsabiqəsi iştirakçıları mükafatlandırılıb (FOTO)
Press Revyu İnformasiya Monitorinq Agentliyi sığorta şirkəti ilə yaranmış problemə aydınlıq gətirdi
Abşeronda 30-a yaxın sürücü və sərnişin barəsində protokol tərtib edilib (FOTO/VİDEO)
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb
Xudatda 22 küçəyə asfalt örtük salınıb, geniş abadlıq işləri aparılır (FOTO)
Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 47 mina aşkarlanıb
Azərbaycan Vatikanda səfirlik açır
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 477 nəfər COVID-19-a yoluxub, 21 nəfər ölüb
Bolqarıstan nümayəndə heyəti Ağdama səfər edəcək
Bioloji fəallığa malik qida əlavələri dərman vasitəsi deyil!
ABŞ-dan olan bir qrup dini icma rəhbəri erməni vandalizmi ilə yerində tanış olmaq üçün Qarabağa səfər edəcək (FOTO)
Bakıda qadının küçədə öldürülməsi faktı ilə bağlı istintaq yekunlaşıb
Qubadlı şəhərinin Baş planının hazırlanması üçün vəsait ayrıldı
Azercell-dən yeni Wi-Fi kampaniyası!
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azərbaycan səfiri etimadnaməsini İran Prezidentinə təqdim edib
Prezident İlham Əliyev: Xalqımızın indiki və gələcək nəsilləri şəhidlərimizlə həmişə fəxr edəcək
Prezident İlham Əliyev: Qubadlıdan sonra biz zəfər yürüşümüzü şərəflə davam etdirdik və Şuşada dövlət bayrağımızı ucaltdıq
Zakir Həsənov NATO nümayəndəsi ilə görüşüb (FOTO)
Hava şəraitinin pisləşməsi ilə əlaqədar gəmilərə xəbərdarlıq göndərilib
Prezident İlham Əliyev: Uzun illərdən sonra bu Qələbə sevincini biz hamımız yaşadıq
Prezident İlham Əliyev: Bu gün Qubadlı rayonunun tarixində əlamətdar və tarixi bir gündür
Bərdədə ermənilərin raket atəşi nəticəsində dağıdılmış 215 tikili təmir olunub
"Gilavar" restoranının rəhbərliyi məsuliyyətə cəlb edildi
Azərbaycan “28-ci Dünya Səyahət Mükafatları”nda birinci yer tutub (VİDEO)
Abşeronda müştərilərə qəlyan təklif edən çay evi aşkar edilib (VİDEO)
“Buster” dozanı vurduranların “İmmunitet” sertifikatı müddətsiz olur - Agentlik
Dövlət Neft Fondu AÇG və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb
Sudanda fövqəladə vəziyyət elan edilib
İranda daha 140 nəfər koronavirusdan ölüb
Birinci vitse-prezident Mehriban Əliyeva: Allah Azərbaycan hərbçilərini qorusun! (FOTO)
11 yaşlı azərbaycanlı qız Finlandiya çempionu olub (FOTO)
BMT nümayəndəsi Qarabağda minaların yaratdığı təhlükə barədə məlumatlandırılıb
Hamilələrin koronavirusa yoluxma təhlükəsi artır - Həkim
Yasamalda son 10 gündə 15 narkotik alverçisi saxlanılıb (FOTO/VİDEO)
Yaxın vaxtlarda regionlarda da vahid əlaqələndirmə mərkəzləri fəaliyyət göstərəcək - Nazir (FOTO)
Tovuz parkında ziyanvericilər aşkarlanıb (FOTO)
"MilliÖn"dən ödəniş problemi ilə bağlı açıqlama
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “Qubadlı” yarımstansiyasının açılışında iştirak ediblər (YENİLƏNİB) (FOTO/VİDEO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva DSX-nin yeni hərbi hissə kompleksinin açılışında iştirak ediblər (YENİLƏNİB) (FOTO/VİDEO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində iştirak ediblər (YENİLƏNİB) (FOTO/VİDEO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qubadlı rayonunda səfərdə olublar (FOTO/VİDEO)
5-ci "DokuBaku" Beynəlxalq sənədli film festivalı keçiriləcək
Bütün xəbərlər