...

Bakıda yeni evlənənlər üçün şad xəbər

Cəmiyyət Materials 4 İyul 2012 12:35 (UTC +04:00)
Sabah Bakıda "Səadət sarayı"nın təmirdən sonra açılış mərasimi keçiriləcək.
Bakıda yeni evlənənlər üçün şad xəbər

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir M.Əliyev/

Sabah Bakıda "Səadət sarayı"nın təmirdən sonra açılış mərasimi keçiriləcək. Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, uzun müddətdir təmirə dayanan saray tamamilə müasir təchizatla təchiz olunub.

"Binada zəlzələyə qarşı yeni sistem quraşdırılıb və bina bütün təhlükələrə qarşı mühafizə sistemi ilə təchiz olunub. Saray 9-10 bal gücündə zəlzələyə davamlıdır. Bu, onu deməyə əsas verir ki, Saray uzun illər əhaliyə xidmət edəcək", - nazir deyib.

Onun sözlərinə görə, saray mükəmməl şəkildə təmir olunub və eyni zamanda qədimiliyini əks etdirən görünüşü də saxlanılıb. Rəhimov deyib ki, iyulun 5-də açılışı olacaq "Səadət sarayı" gözəlliyi ilə sakinləri heyran edəcək.

Qeyd edək ki, Bakının mərkəzində yerləşən və kifayət qədər yaşa malik "Səadət sarayı" uzun müddət idi ki, təmirə bağlanmışdı və indiyə qədər açılışı ləngiyirdi.

Xəbər lenti

Xəbər lenti