...

Nazim İbrahimov: Artıq dünya diasporları arasında Azərbaycan diasporunun öz yeri görünməyə başlayıb

Cəmiyyət Materials 5 İyul 2012 12:22 (UTC +04:00)
Artıq 20 ildən artıq bir dövrdür ki, Azərbaycan diasporunun mütəşəkkil dövrü yaşanır və ümumilli liderin başladığı böyük yol, diaspor quruculuğuna göstərdiyi diqqət, öz böyük bəhrələrini verməyə başlayıb.
Nazim İbrahimov: Artıq dünya diasporları arasında Azərbaycan diasporunun öz yeri görünməyə başlayıb

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir E.Mehdiyev/

20 ildən artıq bir dövrdür ki, Azərbaycan diasporunun mütəşəkkil dövrü yaşanır və ümumilli liderin başladığı böyük yol, diaspor quruculuğuna göstərdiyi diqqət, öz böyük bəhrələrini verməyə başlayıb. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək diqqəti, bu işə olan böyük nəzarəti nəticəsində diaspor işi artıq elə bir nöqtəyə gəlib çatıb ki, dünya diasporları arasında Azərbaycan diasporunun öz yeri görünməyə başlayıb", - İbrahimov deyib.

Onun sözlərinə görə, təsadüfi deyil ki, son zamanlar hətta bədxah düşmənlərimizin, ermənilərin mətbuatına nəzər salsaq, görərik ki, onlar həyəcan təbili çalmağa başlayıblar ki, Azərbaycan diasporu, dünyada olan Azərbaycan diasporunun fəaliyyəti artıq yüz illər ərzində qurulmuş bir erməni təbliğatını üstələməyə başlayıb. Azərbaycanlılar öz sözlərini, öz səslərini dünya ictimaiyyətinə daha aktiv çatdıra bilirlər. Azərbaycan informasiya müharibəsində artıq Ermənistanı udmağa başlayıb.

"Əlbəttə, bu, bizə göstərilən çox düzgün bir yolun nəticəsidir. Yaranmasından geçən on il ərzində Dövlət Komitəsi bu yüksək nəzarətin, diqqətin sayəsində dünyada Azərbaycan diaspor təşkilatlarının qurulmasında, əlaqələrin yaradılmasında müəyyən işlər görə bilib. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin bu diqqəti və qayğısı nəticəsində gələcəkdə də diaspor quruculuğu daha da irəli gedəcək və Azərbaycan diasporu bütün dünya diasporları arasında nümunəvi qurulmuş diasport hərəkatına çevriləcək", - Komitə sədri vurğulayıb.

Qeyd edək ki, bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin yaranmasının 10-cu ildönümüdür.

Xəbər lenti

Xəbər lenti