...

Azərbaycan ərazisində istirahət günləri hava yağışlı və küləkli olacaq

Cəmiyyət Materials 6 İyul 2012 13:19 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, yaxın günlərdə hava şəraitinin gündüz saatlarında əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Azərbaycan ərazisində istirahət günləri hava yağışlı və küləkli olacaq

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycan ərazisində istirahət günləri hava yağışlı və küləkli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, yaxın günlərdə hava şəraitinin gündüz saatlarında əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir. Şimal küləyi üstünlük təşkil edəcək, arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında iyulun 7-də dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 27-32° isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22°, Türkan, Hövsan, Sahil, Şıxda 23-24° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.

Havanın temperaturunun gecə 18-23, gündüz 30-35° isti, dağlarda gecə 9-13, gündüz 19-24° isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti