...

Bu il hüquq və jurnalistika fakültələrinə qəbul çətinləşə bilər

Cəmiyyət Materials 17 İyul 2012 15:57 (UTC +04:00)
Ali məktəblərə builki qəbul zamanı III ixtisas qrupuna daxil olan hüquqşünaslıq və jurnalistika ixtisasları üzrə yüksək müsabiqə vəziyyətinin yaranacağı gözlənilir.
Bu il hüquq və jurnalistika fakültələrinə qəbul çətinləşə bilər

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir İ.İsabalayeva/

Ali məktəblərə builki qəbul zamanı III ixtisas qrupuna daxil olan hüquqşünaslıq və jurnalistika ixtisasları üzrə yüksək müsabiqə vəziyyətinin yaranacağı gözlənilir. Bunu çərşənbə axşamı Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.

Onun sözlərinə görə, bu il ali məktəblərin hüquqşünaslıq və jurnalistika ixtisasları üzrə qəbul planının azaldılması həmin ixtisaslar üzrə müsabiqə vəziyyətinə də təsir göstərəcək.

"İxtisas üzrə plan yerlərinin sayının azalması yüksək müsabiqə vəziyyətinin yaranmasına səbəb olacaq. Amma bu, həm də abituriyentlərin ixtisas seçimindən də asılıdır", - Nağızadə deyib.

TQDK rəsmisinin sözlərinə görə, iyulun 14-də III ixtisas qrupu üzrə keçirilmiş imtahanın nəticələrinin bu gün axşam açıqlanması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti