...

Dərslikləri Qiymətləndirmə Şurası üzvlərinin dərslik müəllifliyindən kənarlaşdırılması təklif edilir

Cəmiyyət Materials 23 İyul 2012 09:56 (UTC +04:00)
Azərbaycanda Təhsil Nazirliyi yanında Dərslikləri Qiymətləndirmə Şurasının (DQŞ) üzvlərinin dərslik yazmaması və bu imkanın onların əlindən alınması təklif edilir.
Dərslikləri Qiymətləndirmə Şurası üzvlərinin dərslik müəllifliyindən kənarlaşdırılması təklif edilir

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda Təhsil Nazirliyi yanında Dərslikləri Qiymətləndirmə Şurasının (DQŞ) üzvlərinin dərslik yazmaması və bu imkanın onların əlindən alınması təklif edilir.

Bu təkliflə çıxış edən "XXI əsr" Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev Trend-ə deyib ki, dərsliklərin DQŞ-nin üzvləri tərəfindən yazılması bu sahədə monopoliyanın yaranmasına gətirib çıxarır. Çünki bu halda müəlliflər öz dərsliklərinə özləri səs vermiş olurlar.

DQŞ-nin sədri Elmina Kazımzadə isə Trend-ə bildirib ki, Şura üzvlərinin dərslik müəllifi olması dərsliklərin hazırlanması sahəsində monopoliya sayıla bilməz.

Onun sözlərinə görə, bununla bağlı DQŞ-da çox ciddi siyasət həyata keçirilir. Dərslik müəllifi olan Şura üzvünün hazırladığı vəsait müzakirəyə çıxarılan zaman həmin üzv DQŞ-nin iclasında iştirak etmir. Onlar bununla öz hazırladıqları vəsaitləri qiymətləndirmə səlahiyyətlərindən də istifadə etmirlər.

"Həmin vaxt Şura üzvünün DQŞ-nin iclasında iştirak etməyə haqqı yoxdur. Həmin mütəxəssis kifayət qədər peşəkar müəllifdirsə, onun dərslik yazmasında problem yoxdur. Nəzərə almaq lazımdır ki, Azərbaycanda dərslik yazanlar və onların qiymətləndirilməsində təcrübəsi olanların sayı çox deyil", - Kazımzadə bildirib.

Qeyd edək ki, Azərbaycanda dərsliklər yüksək tirajla çap edilməmişdən əvvəl DQŞ tərəfindən qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti