...

Kosmosa səyahət edən ilk ABŞ-lı qadın Sali Rayd 61 yaşında vəfat edib

Cəmiyyət Materials 24 İyul 2012 06:53 (UTC +04:00)
NASA-nın verdiyi məlumata görə,kosmosa səyahət edən ilk ABŞ-lı qadın Sali Rayd 61 yaşında vəfat edib.
Kosmosa səyahət edən ilk ABŞ-lı qadın Sali Rayd 61 yaşında vəfat edib

NASA-nın verdiyi məlumata görə, kosmosa səyahət edən ilk ABŞ-lı qadın Sali Rayd 61 yaşında vəfat edib.

1983-cü ildə fəzaya iki peyk ednirmiş Shuttle "Challenger" gəmisində Sali Rayd kosmik fəzaya altı günlük uçuş etmişdir.O, bir il keçdikdən sonra kosmosa yenidən səfər etmişdir.

NASA-nın administratoru Çarlz Bolden bildirib ki, Sali Rayd şücayəti və professionallığı hesabına bütün səddləri aşaraq Amerikanın kosmik proqramını tamamilə dəyişdirmişdir. "Xalq özünün ən bacarıqlı liderlərindən, müəllimləridən və tədqiqatçılarından birini itirdi" - deyərək o bildirib.

Rayd NASA-da 1978-ci ildə ilk dəfə qadınlar üçün açılmış sinifə qəbul edilib.

1989-cu ildə NASA-nı tərk etdikdən sonra Sali Rayd San Diego şəhərindəki Kaliforniya universitetində professor dərəcəsi almışdır. O, öz "Sally Ride Science" şirkəti vasitəsilə qadınlar arasında texniki sahənin təbliğini apraraq, onları bu sahəyə cəlb etməyə çalışmışdır.

Rayd "Challenger" və "Columbia" gəmilərinin fəlakətə uğramalarının səbəbini öyrənirdi və NASA-nın 2009-cu ildə peykə insan göndərilməsi istiqamətində kosmik proqramının müəyyən edilməsində iştirak etmışdir.

Şirkəti tərəfindən verilmiş məlumatda, onun 17 aydır ki, mədəaltı vəznindəki xərçəng xəstəliyindən əziyyət çəkdiyi deyilir.

Xəbər lenti

Xəbər lenti