Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir E.İsmayılov/
Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun layihəsi çərçivəsində Masallı-Astara avtomobil yolunun 31,864 km-də yeni körpünün tikintisinə başlanılıb. Bu barədə Trend-ə "Azəriyolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Mürsəliyev deyib ki, Lənkəran çayının üzərindən keçəcək körpünün uzunluğu 216,3 metr, eni 28 metrdir. 6 aşırımdan ibarət olacaq körpüdə hazırda özül işləri və nəzərdə tutulan giriş-çıxış yollarında torpaq işləri həyata keçirilir.
Layihə üzrə işlərin 11%-i yerinə yetirilib. Körpünün inşasının 2014-cü ildə başa çatdırılması planlaşdırılır.