...

Bakıda son iki gündə beş əqrəb sancması qeydə alınıb

Cəmiyyət Materials 27 İyul 2012 11:37 (UTC +04:00)
Dünən Bakıda bir nəfəri əqrəb sancıb.
Bakıda son iki gündə beş əqrəb sancması qeydə alınıb

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Dünən Bakıda bir nəfəri əqrəb sancıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova cümə günü Trend-ə deyib ki, həmin şəxs Qaradağ rayonu Puta qəsəbəsində yerləşən N saylı hərbi hissənin hərbi qulluqçusu olub.

Hərbiçi Toksikologiya Mərkəzinə yerləşdirilib.

Dünən paytaxtda günvurma ilə bağlı bir hadisə qeydə alınıb.

Stansiyanın əməkdaşları Nizami rayonunda 31 yaşlı kişiyə evində yardım ediblər. O, xəstəxanaya getməkdən imtina edib.

Dünən Bakıda əqrəb sancması üzrə 4 fakt qeydə alınmışdı.

Xəbər lenti

Xəbər lenti