...

Deputat Novruz Aslanov seçiciləri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 27 İyul 2012 11:51 (UTC +04:00)
Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı rayonuna növbəti səfərini edib.
Deputat Novruz Aslanov seçiciləri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı rayonuna növbəti səfərini edib. İyul ayının 26-da millət vəkili İsmayıllı şəhrindəki ofisində sakinləri qəbul edib. Qəbul fərdi qaydada keçirilib və hər bir sakin deputata öz problemləri barədə məlumat verib.

Qaldırılan məsələlər əsasən sosial yönümlü olub, iş barədə, müalicə və müayinəyə köməklik edilməsi kimi məsələlər qaldırılan məsələlər sırasında yer alıb. Müvafiq qurumlara müraciətin ediləcəyini bildirən deputat, müalicə məsələsinə xüsusi diqqət ayıracağını sakinlərin nəzərinə çatdırb və bəzilərinin müayinəsinə köməklik edilməsi üçün lazımi addımlar atılıb.

Deputata edilən müraciətlər sırasında müalicəyə, xüsusilə də əməliyyatlara köməklik edilməsi məsələsi çoxluq təşkil edir. Bu günə kimi millət vəkili imkanları daxilində belə insanlara köməklik edib.

Novruz Aslanov qəbuldan sonra rayon rəhbərliyi ilə birgə iftar süfrəsində iştirak edib. Məlumat üçün bildirək ki, millət vəkili hər il olduğu kimi bu il də oruc tutur.

Xəbər lenti

Xəbər lenti