...

Azərbaycanda dəmiryolun bir hissəsində bu gündən əsaslı təmirə başlanılıb (FOTO)

Cəmiyyət Materials 28 İyul 2012 10:38 (UTC +04:00)
“Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, iyulun 28-dən Dəliməmmədli-Zazalı mənzilinin cüt yolunda 4175 metr yolun əsaslı təmirinə başlanılıb
Azərbaycanda dəmiryolun bir hissəsində bu gündən əsaslı təmirə başlanılıb (FOTO)

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir E.İsmayılov/

Azərbaycanda dəmiryolun bir hissəsində bu gündən əsaslı təmirə başlanılıb.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, iyulun 28-dən Dəliməmmədli-Zazalı mənzilinin cüt yolunda 4175 metr yolun əsaslı təmirinə başlanılıb. "Dəmiryolservis" MMC-nin baş direktoru Əli Əşrəf Lütvəlibəyovun verdiyi məlumatda bildirilir ki, iyulun 21-də Baş Mİngəçevir stansiyasında ilk 100-cü kilometrin əsaslı təmiri başa çatıb və artıq ikinci 100 kilometrin təmiri gedir.

Qeyd edək ki, "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.

Əsaslı təmir işlərinə Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib.

İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir.

Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisəsləri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti