...

Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olmaq istəyən abituriyentlər üçün müsabiqə keçirilir

Cəmiyyət Materials 30 İyul 2012 15:27 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olmaq istəyən abituriyentlər üçün müsabiqə keçirir.
Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olmaq istəyən abituriyentlər üçün müsabiqə keçirilir

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir M.Əliyev/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olmaq istəyən abituriyentlər üçün müsabiqə keçirir.

Komissiyadan bazar ertəsi Trend-ə verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin rəsmi müraciətinə əsasən, 2012/2013-cü tədris ili üçün I ixtisas qrupu üzrə qəbul imtahanlarında 150 və daha yüksək bal toplamış abituriyentlərin DSX-nin Akademiyasının boş (vakant) yerlərinə qəbul olunması üçün müsabiqə keçirilir. Müsabiqə uçuş mühəndisliyi, gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi, mexanika mühəndisliyi ixtisasları üzrə aparılacaq.

Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olmaq istəyən namizədlər iyulun 30-dan avqustun 4-dək tələb olunan sənədləri DSX Aparatının inzibati binasına təqdim etməlidirlər.

Xəbər lenti

Xəbər lenti