...

Bakıda həmkarlar ittifaqlarının gənclərin məşğulluğunda fəaliyyəti müzakirə olunub

Cəmiyyət Materials 31 İyul 2012 13:20 (UTC +04:00)
Bakıda çərşənbə axşamı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Pan-Avropa Regional Şurasının (PARŞ) təşkilatçılığı ilə "Həmkarlar İttifaqları və gənclərin məşğulluğu: qlobal çağırışlar və yeni yanaşma" mövzusunda subregional konfras öz işinə başlayıb.
Bakıda həmkarlar ittifaqlarının gənclərin məşğulluğunda fəaliyyəti müzakirə olunub

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir M.Əliyev/

Bakıda çərşənbə axşamı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Pan-Avropa Regional Şurasının (PARŞ) təşkilatçılığı ilə "Həmkarlar İttifaqları və gənclərin məşğulluğu: qlobal çağırışlar və yeni yanaşma" mövzusunda subregional konfras öz işinə başlayıb.

Trend-in məlumatına görə, AHİK sədri Səttar Mehbalıyev, PARŞ gənclər şurasının sədri Tuğba Balçı, Beynəlxalq Əmək Təşkilatının Əməkçilərin Fəaliyyətləri bürosunun baş iqtisadçısı Məhəmməd Mvamodzinqo çıxış edərək gənclərin məşğulluğuna dair həmkarlar ittifaqlarının fəaliyyətindən danışıblar. Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Belçika, Bosniya və Hersoqovina, Bolqarıstan, Macarıstan, Qazaxstan, Litva və Moldovadan olan milli həmnkarlar ittifaqlarının gənc liderləri bu sahədə mövcud propblemlərlə bağlı çıxış ediblər.

Sonra tədbir panellərdə davam etdirilib. Panellərdə "Gənclərin məşğulluğuna dair qlobal çağırışlar və həmkarlar ittifaqlarının yanaşması", "Milli çağırış və yanaşmalar", "Kommunikasiyaya dair strategiya və bərpaolunjmanın konsepsiyası" və digər mövzular ətrafında müzakirələr aparılıb.

İki gün davam edəcək tədbirin sonunda gənclərin məşğulluğu istiqamətində fəaliyyət göstərən həmkarlar təşkilatlarının fəaliyyətinin koordinasiya olunmasına dair razılıq əldə olunacaq.

Qeyd edək ki, PARŞ 2007-ci ilin martında təsis edilib. Hazırda qurumun 87 milli həmkarlar mərkəzi, 85 milyon üzvü var.

Xəbər lenti

Xəbər lenti