...

Türkdilli ölkələrin yazıçıları və kino xadimlərinin regional alyanslarının qurulması müzakirə olunacaq

Cəmiyyət Materials 2 Avqust 2012 16:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir M.Əliyev/

Qırğızıstanın Çolpon-Ata şəhərində sabah türkdilli dövlətlərin Mədəniyyət nazirliklərinin nümayəndələrinin görüşü keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, görüşdə yazıçılar və kino xadimlərinin yeni regional alyanslarının qurulması, müştərək telekanalın yaradılması, qarşıdan gələn beynəlxalq tədbirlərdə türkdilli dövlətlərinin mədəniyyət xadimlərinin və incəsənət ustalarının iştirakı və digər regional təşəbbüslər müzakirə olunacaq.

Tədbirdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyini Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri Cahangir Səlimxanov təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti