...

Neftçilər prospektində asfalt-beton örtüyünün salınmasına başlanılıb (FOTO)

Cəmiyyət Materials 8 Avqust 2012 13:55 (UTC +04:00)
Neftçilər prospektində asfalt-beton örtüyünün salınmasına başlanılıb.
Neftçilər prospektində asfalt-beton örtüyünün salınmasına başlanılıb (FOTO)

Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir E.İsmayılov/

Neftçilər prospektində asfalt-beton örtüyünün salınmasına başlanılıb.

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, prospektdə görülən təmir işləri sürətləndirildiyindən, gələn həftə üçün nəzərdə tutulan asfalt-beton örtüyünün salınması işinə bu gündən start verilib.

Qeyd olunduğu kimi, artıq bir neçə gündür ki, prospektdə kommunikasiya xətləri üçün qazılmış xəndəklərin doldurulmasına başlanılıb. Bu gündən etibarən həyata keçirilən işlərlə yanaşı, kommunikasiya xətlərinin çəkilməsinin başa çatdırıldığı 250 metrlik məsafədə düzləndirici layın vurulması işləri gedir.

Mürsəliyevin sözlərinə görə, işlərin daha da sürətli aparılması məqsədi ilə kommunikasiya xətlərinin dəyişdirilməsi ilə paralel olaraq, həmin ərazilərdə asfalt-beton örtüyünün vurulması işləri də həyata keçiriləcək.

Kifayət qədər işçi qüvvəsi və texnikanın səfərbər olunduğu işlərin sentyabr ayında başa çatdırılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti