Azərbaycan, Bakı, 13 avqust /Trend müxbir E.Mehdiyev/
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) havanın temperaturunun yüksək olması ilə əlaqədar açıq havada bir saatdan çox işləməməyi tövsiyə edir.
"Açıq yerdə məcburi işləyən işçilərə rəhbərlik tərəfindən mütəmadi olaraq su verilməlidir, onların bir saatdan artıq işləməsinə yol verilməməlidir, növbəli iş rejminə keçilməlidir" - bunu bazar ertəsi Trend-ə AHİK sədrinin müavini Cavanşir Alxasov deyib.
Respublikanın bütün təşkilatlarında həmkarlar ittifaqının olmadığını deyən Alxasovun sözlərinə görə, həmkarklar ittifaqları olsaydı, iş daha yüngül olardı.
"Haradakı həmkarlar ittifaqı təşkilatı var, Konfederasiyanın yerli komitələrinin rəhbərləri mütəmadi olaraq hər gün bu işə nəzarət edirlər. Əgər hardasa nöqsana yol verilirsə, rəhbərlik qarşısında məsələ qaldırılır və həll olunur", - Alxasov deyib.