...

Ombudsman İşveçrə səfiri ilə sülh, humanitar siyasət və insan hüquqları üzrə müzakirələr aparıb

Cəmiyyət Materials 3 Sentyabr 2012 16:56 (UTC +04:00)
İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova İşveçrənin Azərbaycandakı səfiri Sabina Ulmann Şabanı və həmin ölkənin Xarici İşlər Nazirliyinin Siyasi Məsələlər üzrə Direktorluğunun nümayəndələri Roland Salvisberq və Andrea Bosshard Kononov ilə sülh, humanitar siyasət və insan hüquqları üzrə müzakirələr aparıb.
Ombudsman İşveçrə səfiri ilə sülh, humanitar siyasət və insan hüquqları üzrə müzakirələr aparıb

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir M.Əliyev/

İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova İşveçrənin Azərbaycandakı səfiri Sabina Ulmann Şabanı və həmin ölkənin Xarici İşlər Nazirliyinin Siyasi Məsələlər üzrə Direktorluğunun nümayəndələri Roland Salvisberq və Andrea Bosshard Kononov ilə sülh, humanitar siyasət və insan hüquqları üzrə müzakirələr aparıb.

Ombudsman Aparatının mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, görüşdə müvəkkil sülh probleminin Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Süleymanova monoetnik dövlət olan Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizinin işğal olunduğu, on minlərlə insanın ermənilər tərəfindən törədilən soyqırımı aktlarının, kütləvi qırğınların və etnik təmizləmə siyasətinin qurbanı olduğu, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, minlərlə azərbaycanlının itkin düşdüyü, əsir və girov götürüldüyü və atəşkəs rejiminə baxmayaraq, həmin prosesin bu gün də davam etdiyini qeyd edib.

Müvəkkil İsveçrənin sülh yönümlü, spesifik ölkə olduğunu, bu baxımdan bir çox dünya dövlətlərinə nümunə ola biləcəyini, həmçinin sülhyaratma proseslərinə töhfə verə biləcəyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti