...

Azərbaycan və Yaponiya seysmoloqları arasında ikitərəfli əməkdaşlıq əlaqələri genişlənir (FOTO)

Cəmiyyət Materials 4 Sentyabr 2012 19:33 (UTC +04:00)
Yaponiyanın OYO Seysmik Sənaye Korporasiyasının prezidenti Toru Kajivaranın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Azərbaycan və Yaponiya seysmoloqları arasında ikitərəfli əməkdaşlıq əlaqələri genişlənir (FOTO)

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Yaponiyanın OYO Seysmik Sənaye Korporasiyasının prezidenti Toru Kajivaranın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfər çərçivəsində 4 sentyabr 2012-ci il tarixində AMEA Respublika Seysmoloji Xidmət Mərkəzində görüş keçirilib.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan tərəfdən AMEA RSXM-in baş direktoru, geologiya-minerologiya elmlər doktoru Qurban Yetirmişli, Seysmoloji şöbənin müdiri, geologiya-minerologiya elmlər doktoru Tahir Məmmədli, AMEA RSXM baş direktorunun elmi məsələlər üzrə müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Azay Rzayev və geofizika bölməsinin rəhbəri Tələt Əliyev iştirak ediblər.

Yaponiya nümayəndə heyətində isə OYO Seysmik Sənaye Korporasiyasının prezidenti Toru Kajivara, şirkətin vitse-prezidenti Joji Harada, baş menecer Takeşi Ohnişi təmsil olunublar.

Görüşdə ikitəfli əməkdaşlıq məsələlərinin genişləndirilməsi, eləcə də Azərbaycanda aparılan seysmik tədqiqatlara dair məsələlər müzakirə olunub. Həmçinin OYO Seysmik Sənaye Korporasiyasının prezidenti Toru Kajivara rəhbərlik etdiyi şirkətin istehsal etdiyi seysmometrlər haqqında ətrafı məlumat verib.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli də öz növbəsində Azərbaycanda aparılan kompleks seysmik tədqiqatlar barədə qonaqları məlumatlandırıb.

Qeyd edək ki, səfər çərçivəsində sabah yaponiyalı seysmoloqlar AMEA RSXM-in Bakı stansiyası ilə tanış olacaqlar.

Xəbər lenti

Xəbər lenti