...

Saatlının Suvarma Sistemləri İdarəsinin rəisi cərimələnib

Cəmiyyət Materials 5 Sentyabr 2012 16:02 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Saatlı rayon Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Rzayevi cərimələyib.
Saatlının Suvarma Sistemləri İdarəsinin rəisi cərimələnib

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Saatlı rayon Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Rzayevi cərimələyib.

Nazirlikdən çərşənbə günü Trend-ə verilən məlumata görə, Saatlı rayonunda ağacların qırılması ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumatlar araşdırılıb. Araşdırma zamanı Saatlı rayon Suvarma Sistemləri İdarəsi tərəfindən Hüsü Hacıyev adına Bəhramtəpə-Sabirabad su kanalının Saatlı rayonunun Bəylik, Mustafabəyli və Qıraqlı kəndləri ərazisindən keçən hissəsinin 4 kilometr sahəsində təmizləmə işlərinin aparıldığı, lakin təmizləmə işlərinin aparılmasına dair qanunvericiliyə uyğun qaydada tələb olunan layihə sənədlərinin və dövlət ekoloji ekspertiza rəyinin olmadığı müəyyən edilib.

Nazirliyin əməkdaşlarının əraziyə keçirdikləri baxış zamanı kanalın qeyri-qanuni təmizlənməsi nəticəsində 97 ədəd müxtəlif cinsli və diametrli ağac və kolların çıxarılaraq məhv edildiyi aşkarlanıb.

Azərbaycan Nazirlər Kabinetinin 2005-ci il 19 sentyabr tarixli 173 nömrəli "Azərbaycan Respublikasının meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması Qaydaları haqqında" Qərarının tələbini pozduğuna və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 92.3.3-cü maddəsinə əsasən inzibati xəta törətdiyinə görə Saatlı rayon Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Rzayev qanunvericiliyə uyğun olaraq inzibati qaydada 582 min manat məbləğində cərimə olunub.

Xəbər lenti

Xəbər lenti