...

Bakıda “İpək yolu tamı: Kulinariya, Mədəniyyət və Turizm” beynəlxalq konfransı öz işinə başlayıb (ƏLAVƏ OLUNUB) (FOTO)

Cəmiyyət Materials 6 Sentyabr 2012 10:20 (UTC +04:00)
Bakıda cümə axşamı "İpək yolu tamı: Kulinariya, Mədəniyyət və Turizm" adlı beynəlxalq konfrans öz işinə başlayıb.
Bakıda “İpək yolu tamı: Kulinariya, Mədəniyyət və Turizm” beynəlxalq konfransı öz işinə başlayıb (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir M.Əliyev/

Bakıda cümə axşamı "İpək yolu tamı: Kulinariya, Mədəniyyət və Turizm" adlı beynəlxalq konfrans öz işinə başlayıb.

Trend-in məlumatına görə, konfransın açılışında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, İpək Yolu ölkələrinin qida ənənələrinə həsr olunmuş konfrans ilk dəfədir Bakıda təşkil edilir. Onun sözlərinə görə, İpək Yolu ölkələrinin zəngin mətbəx ənənələri mövcuddur.

"Bizim ölkələrimiz kulinariya sahəsində kifayət qədər böyük innovasiyalar əldə ediblər", - nazir deyib.

Qarayev bildirib ki, Azərbaycan turizmi geniş templərlə inkişaf edir və bu rəqəm hər il 10-15 faizlə ölçülür, ölkədə ildə 10-dək yeni hotel açılır.

"Biz şadıq ki, Azərbaycanın turizm sahəsi Avropa və dünya ölkələri ilə sıx əlaqədədir", - nazir deyib.

Qarayev 2013-cü ilin may ayında Bakıda turizm sahəsində beynəlxalq forum keçiriləcəyini qeyd edərək, bu gün keçirilən konfransın nəticələrinin həmin tədbirdə müzakirə olunacağını bildirib.

Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai bildirib ki, Azərbaycan İpək Yolunda tarixi əhəmiyyəti olan istinad ölkəsidir.

"Bu konfransın keçirilməsi bunun əhəmiyyətini bir daha vurğulayır. Turizm sahəsi üzrə maarifləndirmə işlərinin aparılmasında da bu konfransın mühüm rolu var", - baş katib deyib.

Onun sözlərinə görə, hazırda viza rejimi səfərlərin gerçəkləşməsi üçün əngəllər törədir. Buna görə də bu prosesin sadələşdirilməsinə çalışmaq lazımdır.

Rifai qeyd edib ki, bu ilin 6 ayı ərzində dünyada turistlərin axını 5,2 faiz artıb. Bu il artıq 1 milyard insan digər ölkələrə turist kimi səfər edib.

Onun sözlərinə görə, turistlər digər ölkələrə səfər edən zaman əsas diqqət yetirdikləri məsələlərdən biri həmin ölkənin mətbəxidir.

İran İslam Respublikasının vitse-prezidenti, İran Mədəni İrs və Mədəniyyət Təşkilatının sədri Seyid Həsən Musəvi isə deyib ki, turizmin bütün sahələrinin inkişaf etdirilməsinə çalışmaq lazımdır.

O, qeyd edib ki, İpək Yolu ölkələri öz mədəniyyətlərinin dünyaya çatdırılması istiqamətində xeyli iş görməlidirlər.

Xəbər lenti

Xəbər lenti