...

Yenikənd-Salyan avtomobil yolunun tikintisi davam edir (FOTO)

Cəmiyyət Materials 7 Sentyabr 2012 12:10 (UTC +04:00)
Yenikənd-Salyan avtomobil yolunun tikintisi davam edir
Yenikənd-Salyan avtomobil yolunun tikintisi davam edir (FOTO)

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Yenikənd-Salyan avtomobil yolunun tikintisi davam edir.

Trend-in "Azəryolservis" ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi çərçivəsində həyata keçirilən Yenikənd-Salyan avtomobil yolu 1-ci texniki dərəcəli 4 hərəkət zolaqlı olmaqla, uzunluğu 23,4 km təşkil edəcək.

Ələt-Astara yolunun 31-ci km-dən başlayan yol Salyan rayonunun Yenikənd, Xələc,Qırxçıraq və Çuxanlı kəndlərinin ərazisindən keçməklə 54+410-cu km-də başa çatacaq.

Layihə üzrə yol boyu 10 ədəd heyvan keçidi, 1 körpü, 1 yol ötürücüsü, 3 tunel, 88 ədəd suötürücü boru və drenaj qurğuları nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti