...

Azərbaycanda yaşı 65-dən çox olan müəllim və məktəb direktorlarının əksəriyyəti işdən azad edilib

Cəmiyyət Materials 10 Sentyabr 2012 10:26 (UTC +04:00)
Ötən tədris ilindən başlayaraq yaşı 65-dən çox olan müəllim və məktəb direktorlarının əksəriyyəti işdən azad edilib.
Azərbaycanda yaşı 65-dən çox olan müəllim və məktəb direktorlarının əksəriyyəti işdən azad edilib

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Ötən tədris ilindən başlayaraq yaşı 65-dən çox olan müəllim və məktəb direktorlarının əksəriyyəti işdən azad edilib. Trend-in məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, qanunvericilik bu məsələdə yaşı 65-dən çox olan işçilərin 2 faizinin əmək fəaliyyətini davam etdirməsinə icazə verir.

Nazir bu qərarın çox humanist addım olduğunu da deyib.

Mərdanov əlavə edib ki, əsas məqsədləri yaşı 65-ə çatanları işdən azad etmək deyil, onların arasından Azərbaycan təhsilinə məsuliyyətlə və ləyaqətlə yanaşanları seçib işdə saxlamaqdır.

"Hesab edirəm ki, hər bir şəxsi işdən azad etməzdən əvvəl bir az düşünmək lazımdır. Əgər bu insan hazırda Azərbaycan millətinə ləyaqətlə xidmət edirsə, onu işdə saxlamaq lazımdır", - nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti