...

Əhliman Əmiraslanov: Xaricə müalicəyə gedən xəstələr qayıtdıqdan sonra çox təəssüflənirlər

Cəmiyyət Materials 11 Sentyabr 2012 13:17 (UTC +04:00)
Azərbaycandan bir çox qonşu ölkələrə müalicə üçün gedən xəstələr vətənə qayıtdıqdan sonra çox təəssüflənirlər.
Əhliman Əmiraslanov: Xaricə müalicəyə gedən xəstələr qayıtdıqdan sonra çox təəssüflənirlər

Azərbaycan, Bakı, 11 sentyabr /Trend müxbir İ.İsabalayeva/

Azərbaycandan bir çox qonşu ölkələrə müalicə üçün gedən xəstələr vətənə qayıtdıqdan sonra çox təəssüflənirlər. Trend-in məlumatına görə, bunu millət vəkili, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov çərşənbə axşamı jurnalistlərə deyib.

Əmiraslanov bildirib ki, bu gün xaricə müalicə üçün üz tutan insanlar öz istəyi ilə gedirlər və bu, onların şəxsi işləridir. Amma onlar Azərbaycana qayıtdıqdan sonra qonşu ölkələrdə səhv müalicə aldıqlarını etiraf edirlər və getdiklərinə peşman olurlar. Müalicə üçün onlar sonradan Azərbaycan həkimlərinə müraciət edirlər.

Millət vəkili deyib ki, Türkiyənin ən zəngin adamları da ABŞ-a gedərək orada müalicə olunurlar. Ancaq bu, həmin ölkədə tibbin inkişaf etmədiyini deməyə əsas vermir.

Əmiraslanov hesab edir ki, bu gün Azərbaycandan xaricə müalicəyə getmək istəyən insanlara yol göstərənlərdən biri də mətbuatdır. Çünki insanlar xarici və ya qonşu ölkələrin səhiyyə müəssisələrinin reklamlarını Azərbaycan mətbuatında da görüb oraya üz tuturlar.

"Bununla da sözügedən ölkələrin səhiyyə müəsissələrinin rəhbərləri, mütəxəssisləri Azərbaycandan öz klinikalarına xəstələri cəlb etməyə səy göstərirlər. İnsanlar qonşu ölkələrin səhiyyə müəssisələrində müalicə alıb vətənə geri döndükdən sonra ağır problemlərlə qarşılaşırlar", - Əmiraslanov əlavə edib.

Xəbər lenti

Xəbər lenti