...

Azərbaycanda 7 bələdiyyə barəsində cinayət işi açılıb

Cəmiyyət Materials 12 Sentyabr 2012 13:30 (UTC +04:00)
Azərbaycanda cari ilin 6 ayı ərzində 25 bələdiyyənin fəaliyyətində qanun pozuntusu aşkar edilib.
Azərbaycanda 7 bələdiyyə barəsində cinayət işi açılıb

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanda cari ilin 6 ayı ərzində 25 bələdiyyənin fəaliyyətində qanun pozuntusu aşkar edilib. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə İş üzrə Mərkəzin rəhbəri Mehdi Səlimzadə deyib.

O qeyd edib ki, bələdiyyələrdən 17-sinin işi baxılması üçün hüquq mühafizə orqanlarına göndərilib.

"Bunlardan 7-də isə daha ciddi qanun pozuntusu aşkar edildiyindən barələrində cinayət işi açılıb və prokurorluq tərəfindən araşdırılır", - Səlimzadə bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində 1500 hektara yaxın qanunsuz satılmış torpaq bələdiyyələrə qaytarılıb. Görülmüş inzibati tədbirlər nətizəsində 500-dən artıq bələdiyyə sədri hesabatları vaxtında təqdim etmədiyinə və düzgün tərtib etmədiklərinə görə inzibati məsuliyyətə cəlb olunublar.

"Cari ildə əsas diqqət bələdiyyə üzvlərinin maarifləndirilməsinə yönəldilib.Yəni, əvvəlki illərdə bələdiyyə üzvləri və sədrləri öz hüquqlarını, vəzifə səlahiyyətlərini bilmədikləri üçün çoxsaylı qanun pozuntularına yol verirdilər. Aparılan maarifləndirmə işləri nəticəsində artıq belə halların sayı azalır. Məhz son 6 ay ərzində 3 mindən artıq bələdiyyə üzvü arasında maarifləndirmə işi aparılıb, o cümlədən 25 bələdiyyə sədri Türkiyədə təcrübə mübadiləsində olub", - Səlimzadə deyib.

Xəbər lenti

Xəbər lenti