...

Bakıda havanın temperaturu yüksələcək

Cəmiyyət Materials 17 Sentyabr 2012 12:53 (UTC +04:00)
Azərbaycanda sabah yağmursuz hava şəraiti gözlənilir.
Bakıda havanın temperaturu yüksələcək

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda sabah yağmursuz hava şəraiti gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-20, gündüz 28-33 dərəcə isti olacaq.

Sentyabrın 18-dən 20-dək Abşeron yarımadasında mülayim hava şəraitinin davam etməsi və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında sentyabrın 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 29-34, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.

Xəbər lenti

Xəbər lenti