...

Ötən ay Azərbaycanda 155 nəfər qidadan zəhərlənib

Cəmiyyət Materials 19 Sentyabr 2012 16:40 (UTC +04:00)
Avqust ayı ərzində Azərbaycanda əhali arasında 135 qida zəhərlənməsi hadisəsi baş verib. Səhiyyə Nazirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, zəhərlənmə hadisələrindən 155 nəfər zərər çəkib.
Ötən ay Azərbaycanda 155 nəfər qidadan zəhərlənib

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Avqust ayı ərzində Azərbaycanda əhali arasında 135 qida zəhərlənməsi hadisəsi baş verib. Səhiyyə Nazirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, zəhərlənmə hadisələrindən 155 nəfər zərər çəkib.

Ötən ay respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 83 müəssisənin sahibkarı inzibati qaydada cərimələnib.

Eyni zamanda, 32 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 40 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Şadlıq evlərindən 2304 yaxma nümunəsi, 17 soyuq qəlyanaltı nümunəsi götürülüb, 35 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.

Xəbər lenti

Xəbər lenti