...

Azərbaycan Avropa Şurasının Gənclərə məsul Nazirlərin IX Konfrasında təmsil olunur

Cəmiyyət Materials 24 Sentyabr 2012 19:28 (UTC +04:00)
Rusiyanın Sankt Peterburq şəhərində Avropa Şurasının Gənclərə məsul Nazirlərin IX Konfrası keçirilir. Tədbirdə ölkəmizi gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Azərbaycan Avropa Şurasının Gənclərə məsul Nazirlərin IX Konfrasında təmsil olunur

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

Rusiyanın Sankt Peterburq şəhərində Avropa Şurasının Gənclərə məsul Nazirlərin IX Konfrası keçirilir. Tədbirdə ölkəmizi gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, konfransın əsas mövzusu "Gənclərin hüquqlarına müdaxiləsi" və Avropada innovativ gənclər siyasətinin inkişafıdır. Konfransın açılışında Avropa Şurasının baş katibinin müavini Qabriela Battaini-Draqoni, Rusiyanın təhsil və elm naziri Dmitri Livanov və digər rəsmi şəxslər çıxış ediblər.

Açılışda Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Dmitri Livanovun konfransın sədr seçilməsini təklif edib və bu təklif iştirakçılar tərəfindən qəbul edilib. Sonra gənclər siyasətində tanınmış alim, eləcə də BMT-nin baş katibinin xüsusi nüməyəndəsi olmuş Ad Melkert əsas məruzə ilə çıxış edib. Məruzədən söz Rəhimova söz verilib, o da öz növbəsində məruzəyə dair fikirlərini bildirib, eləcə də Azərbaycanda gənclər siyasətində həyata keçirilən yenilikər və nailiyyətlər haqqında iştirakçılara məlumat verib.

Konfransda gənclər tərəfindən aparılmış müzakirələr zamanı irəli sürülmüş yekun təkliflər toplusu nümayiş olunub.

Tədbirin ikinci hissəsi üç işçi qrupunda davam etdiriləcək. Burada gənclər və idman naziri Azad Rəhimov "Fərqli cəmiyyətlərdə birgə yaşayış" mövzusunda işçi qrupunun həmsədri olacaq və mövzu ətrafında çıxış edəcək.

Qeyd edək ki, tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibinə Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Haciyev, ARGTMŞ-nın sədri Şahin Seyidzadə, ARGTMŞ-nın sədr müavini Mirhəsən Seyidov və Azərbaycan Dövlət İqtisad Universitetin Tələbə Gənclər Təşkilatının sədri Nərgiz Hüseynova daxildir.

Xəbər lenti

Xəbər lenti