...

Azərbaycanda şagirdlərin tütündən istifadəsi ilə bağlı keçirilən tədqiqatın nəticələri açıqlanıb

Cəmiyyət Materials 25 Sentyabr 2012 16:25 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) dəstəyi ilə Azərbaycanda 13-15 yaşlı gənclər arasında keçirilmiş tütündən istifadənin qlobal tədqiqatının (GYTS) nəticələrini açıqlayıb.
Azərbaycanda şagirdlərin tütündən istifadəsi ilə bağlı keçirilən tədqiqatın nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) dəstəyi ilə Azərbaycanda 13-15 yaşlı gənclər arasında keçirilmiş tütündən istifadənin qlobal tədqiqatının (GYTS) nəticələrini açıqlayıb.

Mərkəzdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, GYTS tədqiqatı 2011-ci ildə orta məktəblərin 8-10-cu sinif şagirdləri arasında keçirilib. Tədqiqatda 2047 şagird iştirak edib ki, onlardan 2018-i 13-15 yaşlarında olub. Sorğunun nəticələrinə görə, şagirdlərin 10,6 faizi nə vaxtsa siqaret çəkməyə cəhd edib (sorğuda iştirak edən oğlanlar 16,5 faiz, qızlar 4,8 faiz). Şagirdlərin 6,8 faizi son bir ay ərzində bu və ya digər tütün məmulatından istifadə edib (oğlanlar 11,4 faiz, qızlar 2,1 faiz).

Nə vaxtsa siqaret çəkməyə cəhd edənlərin 36,6%-i 10 yaşınadək siqaret çəkməyə başlayıblar. Heç vaxt siqaret çəkməyənlərin 8,7 faizi ehtimal edir ki, növbəti 12 ay ərzində siqaret çəkməyə başlaya bilərlər (oğlanlar 10,1 faiz, qızlar 7,5 faiz). Son bir ay ərzində bu və ya digər tütün məmulatından istifadə edənlərin 59,1 faizi (81 nəfər) siqareti mağazadan alıb.

Sorğuda iştirak etmiş 13-15 yaşlı 2018 şagirdin 27,1 faizi onların yanında başqaları tərəfindən siqaret çəkilən evdə yaşayır.

Şagirdlərin 94 faizi düşünür ki, ictimai yerlərdə tütünçəkmə qadağan edilməlidir. Sorğuda iştirak etmiş şagirdlərin 12,2 faizinə tütün şirkətinin nümayəndəsi tərəfindən pulsuz siqaret təklif edilib.

Xəbər lenti

Xəbər lenti