...

TQDK dərsliklərin monitorinqi və qiymətləndirilməsinin hansı formada aparacağını açıqlayıb

Cəmiyyət Materials 26 Sentyabr 2012 14:59 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dərsliklərin monitorinqi və qiymətləndirilməsinin hansı formada aparılacağını açıqlayıb.
TQDK dərsliklərin monitorinqi və qiymətləndirilməsinin hansı formada aparacağını açıqlayıb

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dərsliklərin monitorinqi və qiymətləndirilməsinin hansı formada aparılacağını açıqlayıb.

Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə çərşənbə günü Trend-ə deyib ki, ilk növbədə 1-11-ci sinif dərsliklərinin monitorinqi və qiymətləndirilməsi aparılacaq. Monitorinq zamanı "Təhsil haqqında" qanunun və təhsilin məzmununun təşkili ilə bağlı qoyulan standartlar yoxlanılacaq. Hər bir dərslik ekspertlər tərəfindən ekspertizadan keçiriləcək.

Kurrikulumlarla bağlı dərsliklər isə kurrikulumların tələbləri baxımından yoxlanılacaq. Dərsliklər elmi metodiki və yaş kateqoriyası baxımından ekspertiza olunacaq. Bu prosesdə orta məktəb müəllimləri, dərsliklərin məzmunu ilə tanış olan alimlər, metodistlər, ekspertlər iştirak edəcəklər.

TQDK bu meyarlarla dərsliklərin monitorinqi və qiymətləndirilməsinə yaxın vaxtlarda başlayacaq.

Xəbər lenti

Xəbər lenti