...

Azərbaycanda telekanallar ədəbi dilin işlənməsi ilə bağlı bəzən sui-istifadə hallarına yol verirlər

Cəmiyyət Materials 3 Oktyabr 2012 17:51 (UTC +04:00)
Trend-in məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli qurumun yaradılmasının 10 illiyi münasibətilə keçirilən tədbirdə deyib.
Azərbaycanda telekanallar ədəbi dilin işlənməsi ilə bağlı bəzən sui-istifadə hallarına yol verirlər

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda telekanallar ədəbi dilin işlənməsi ilə bağlı bəzən sui-istifadə hallarına yol verirlər.

Trend-in məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli qurumun yaradılmasının 10 illiyi münasibətilə keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, ölkədəki telekanallarda ədəbi dilin işlənməsi ilə bağlı bu və ya digər problem olsa da, onlar tədricən aradan qaldırılır.

"Ancaq bəzən kanallarda bundan sui-istifadə halları olur. Onlar bəzən verilişlərə dəvət etdikləri qonaqlarla xarici dildə danışırlar. Qarşıdakı illərdə bu məsələlərə də baxılacaq", - Məhərrəmli deyib.

O əlavə edib ki, əvvəllər Azərbaycan efirində göstərilən filmlərin 75 faizi xarici ölkələrin istehsalı idi. 2011-ci ilin sentyabr ayında ölkə prezidenti tərəfindən milli televiziya filmlərinin çəkilməsi üçün 5 milyon manat pul ayrılıb. Məhz buna görə də Şura tərəfindən bu il mayın 1-dən ölkə teleməkanında xarici teleserialların yayımı dayandırılıb.

"Həmin məbləğ telekanallar araslnda bərabər bölünüb. Artıq bütün telekanallar bu məbləğə seriallar çəkiblər. Son zamanlar telekanallarda serial çəkilişləri ilə bağlı böyük fəallıq müşahidə olunur. Göstərilən seriallar bizə ümid verir ki, getdikcə telekanallar daha çox Azərbaycanın tarixinə, ədəbiyyatına, çoğrafiyasına uyğun filmlər çəkəcəklər", - Şura sədri deyib.

Məhərrəmli bildirib ki, onları narahat edən məsələlərdən biri də Azərbaycan efirində aşağı təbəqənin psixologiyasına uyğun tok-şouların hazırlanmasıdır. Bəzən kanallar süni şəkildə problemli ailələr arasında veriliş hazırlayır, bunu camaata kino kimi təqdim edirlər.

O qeyd edib ki, kanalllarda ədəbi dilin işlənməsi ilə bağlı aparılmış monitorinqlərin nəticələri 10 gündən sonra yenidən müzakirə ediləcək.

"Bəzən verilişlərdə ikili, hətta coxsaylı dildə olan cümlələrdən istifadə edən aparıcılar olur. Onların cümləsinin bir hissəsi türkcə, bir hissəsi rusca deyilir", - Məhərrəmli deyib.

Xəbər lenti

Xəbər lenti