...

Baş Prokurorluq: Elşad Abdullayevin qardaşının itkin düşməsi faktı ilə bağlı yeni tərkibdə istintaq-əməliyyat qrupu yaradılıb

Cəmiyyət Materials 4 Oktyabr 2012 13:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin Prezident İlham Əliyevə müraciəti nəzərə alınaraq, qardaşı Mahir Abdullayevin 13 oktyabr 2003-cü il tarixdə itkin düşməsi və digər faktlarla bağlı istintaq olunan cinayət işi üzrə Baş prokurorun qərarı ilə Baş prokuror yanında tam yeni tərkibdə istintaq-əməliyyat qrupu yaradılıb və qrupa rəhbərlik Baş prokurorun böyük köməkçisi Elmar Camalova həvalə edilib. Bu barədə cümə axşamı Trend-ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.

Onun sözlərinə görə, eyni zamanda, "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında" 11 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, Elşad Abdullayevin Azərbaycan Respublikasına gəldiyi təqdirdə qeyd olunan cinayət işi üzrə zərərçəkmiş şəxs kimi şəxsi təhlükəsizliyi təmin ediləcək.

Xəbər lenti

Xəbər lenti