...

Azərbaycanda II Bakı Beynəlxalq Humanitar Forumu keçirilir (FOTO)

Cəmiyyət Materials 4 Oktyabr 2012 17:35 (UTC +04:00)
Bakı Beynəlxalq Humanitar Forumu ən geniş humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir
Azərbaycanda II Bakı Beynəlxalq Humanitar Forumu keçirilir (FOTO)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

Bakı Beynəlxalq Humanitar Forumu ən geniş humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir.

Forum XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır. Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları beynəlxalq ictimai-siyasi fikri formalaşdırmaq iqtidarında olan tanınmış dövlət xadimləri, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatları, mötəbər beynəlxalq təşkilatların rəhbər vəzifəli şəxsləri, dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələridir.

2010-cu ilin yanvarında Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentlərinin təşəbbüsü ilə Bakıda keçirilmiş Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda qəbul olunmuş qərara əsasən, 2011-ci il oktyabrın 10-11-də "XXI əsr: ümidlər və çağırışlar" şüarı altında Birinci Bakı Beynəlxalq Humanitar Forumu təşkil olunmuşdu.

Xəbər lenti

Xəbər lenti