...

TQDK 20 illik yubileyini qeyd edəcək

Cəmiyyət Materials 8 Oktyabr 2012 15:39 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 20 illik yubileyinin qeyd edilməsi ilə bağlı tədbirlər planını təsdiqləyib.
TQDK 20 illik yubileyini qeyd edəcək

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 20 illik yubileyinin qeyd edilməsi ilə bağlı tədbirlər planını təsdiqləyib.

Komissiyanın mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, tədbirlər planına uyğun olaraq, noyabrın 22-24-də Bakıda TQDK-nın yaradılmasının 20 illiyi ilə bağlı beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Eyni zamanda, TQDK-nın 20 illiyi ilə bağlı hazırlanmış kitabın təqdimatı keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti