...

Azərbaycanda çörəyin bahalaşmasına rəsmi aydınlıq gətirildi

Cəmiyyət Materials 9 Oktyabr 2012 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında apardığı monitorinqlər zamanı son günlər pərakəndə ticarət obyektlərində bəzi müəssisələr tərəfindən istehsal edilən çörəklərin çəkisindən asılı olaraq pərakəndə satış qiymətində bir qədər artım müşahidə edilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bununla belə, monitorinqlər zamanı qiymətlərində artım qeydə alınmış çörəklərin çəkisinin 100 qramdan çox artması və keyfiyyətinin yüksəldiyi müəyyən olunub.

Aparılan araşdırmalar qiymət artımının dünya bazarında ərzaq buğdasının bahalaşması ilə əlaqədar olduğunu göstərir. Belə ki, son 3 ay ərzində Azərbaycana ənənəvi taxıl ixracatçısı olan ölkələrdə ərzaq buğdasının qiymətində 40-50% artım baş verib.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti çörək məhsullarının keyfiyyət və təhlükəsizliyi ilə bağlı nəzarəti tədbirlərini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti