...

Kriminal avtoriteti öldürən qardaşlara 28 il iş verilib

Cəmiyyət Materials 11 Oktyabr 2012 16:06 (UTC +04:00)
Qəsdən adam öldürmədə ittiham olunan qardaşlar 28 il müddətinə azadlıqdan məhrum ediliblər.
Kriminal avtoriteti öldürən qardaşlara 28 il iş verilib

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Qəsdən adam öldürmədə ittiham olunan qardaşlar 28 il müddətinə azadlıqdan məhrum ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsindən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhər sakinləri - Nəriman və Fərman Hüseynov qardaşları Quba rayon sakini 39 yaşlı Eynulla Nemətovu xəncərlə qətlə yetiriblər.

Məhkəmənin hökmü ilə Nəriman Hüseynov 15 , Fərman Hüseynov isə 13 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına görə, Nəriman Eynulla Nemətovun qardaşı ilə yaxın dost olub. Hüseynov Nemətovun qardaşının yas mərasimində iştirak etməyib. Nemətov Nəriman Hüseynova zəng edərək, yasa gəlməməsinin səbəbini soruşub. Nəriman isə cavabında onun ölməli adam olduğunu bildirib.

Nərimanın bu cavabı onlar arasında münaqişəyə səbəb olub. Qardaşlar onlarla "razborka"ya gələn Nemətovu 19 xəncər zərbəsi ilə qətlə yetiriblər.

Daha sonra onlar meyiti evin qarşısında, Bakı-Quba yolunun kənarına atıblar. Ertəsi gün hüquq-mühafizə orqanlarının əməkdaşları mərhumun meyitini tapıblar.

Nemətovun kriminal aləmdə nüfuzlu biri olduğu və əvvəllər qəsdən adam öldürməyə görə cinayət məsuliyyətinə cəlb edildiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti