...

Daşınmaz Əmlakın Dövlət Reyestrindən arayışlar elektron formada veriləcək

Cəmiyyət Materials 16 Oktyabr 2012 13:24 (UTC +04:00)
Azərbaycanda Daşınmaz Əmlakın Dövlət Reyestrindən mülkiyyət hüququ və onların məhdudlaşdırılması üzrə dövlət qeydiyyatına qəbul edilən əmlakın təsvir sxeminə aid olan arayışlar elektron formada veriləcək.
Daşınmaz Əmlakın Dövlət Reyestrindən arayışlar elektron formada veriləcək

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda Daşınmaz Əmlakın Dövlət Reyestrindən mülkiyyət hüququ və onların məhdudlaşdırılması üzrə dövlət qeydiyyatına qəbul edilən əmlakın təsvir sxeminə aid olan arayışlar elektron formada veriləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin çərşənbə axşamı "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" qanuna təsdiq etdiyi dəyişikliklərdə öz əksini tapıb.

Qanun layihəsi barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliklər arayışların yazılı və elektron formada verilməsini nəzərdə tutur.

Bundan başqa, elektron formada müraciətə cavab olaraq arayış və ya imtina haqqında əsaslandırılmış məktub veriləcək. Qeydiyyat üzrə orqan müraciət edən şəxsə beş gün ərzində cavab verməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti