...

Azərbaycanda 9 ayın "yol terroru": 838 ölü, 2280 yaralı

Cəmiyyət Materials 16 Oktyabr 2012 17:38 (UTC +04:00)
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, qəzaların 817-si toqquşma (316 ölüm, 1151 xəsarət), 243-ü aşma (131 ölüm, 265 xəsarət), maneəyə vurma 246 (89 ölüm, 268 xəsarət) olub.
Azərbaycanda 9 ayın "yol terroru": 838 ölü, 2280 yaralı

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda bu ilin 9 ayında 2126 yol qəzasında 838 nəfər həlak olub, 2280 nəfər xəsarət alıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, qəzaların 817-si toqquşma (316 ölüm, 1151 xəsarət), 243-ü aşma (131 ölüm, 265 xəsarət), maneəyə vurma 246 (89 ölüm, 268 xəsarət) olub.

Qəzaların 729-u piyadavurmalar (268 ölüm, 515 xəsarət) olub ki, bu da ümumi hadisələrin 34,2 faizini təşkil edir.

Hesabat dövründə avtobus sürücüləri tərəfindən 86 yol qəzası törədilib və qəzalarda 45 nəfər həlak olub, 151 nəfər xəsarət alıb.

Qeydə alınan yol qəzalarının 590-ı (278 ölüm, 543 xəsarət) sürət həddinin aşılması, 561-i (240 ölüm, 767 xəsarət) ötmə qaydalarının pozulması, 188-i (42 ölüm, 240 xəsarət) yolayrıcı keçmə qaydalarının pozulması olub. Qəzaların 209-u (74 ölüm, 138 xəsarət) piyadaların təqsiri üzündən baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti