...

Azərbaycanda tibbi-sosial ekspert komissiyaları bəzi hüquqlarından məhrum edildi

Cəmiyyət Materials 18 Oktyabr 2012 10:36 (UTC +04:00)
Azərbaycanda ilkin tibbi-sosial ekspert komissiyaları iki məsələ ilə bağlı qərar vermək hüquqlarından məhrum olublar.
Azərbaycanda tibbi-sosial ekspert komissiyaları bəzi hüquqlarından məhrum edildi

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ilkin tibbi-sosial ekspert komissiyaları iki məsələ ilə bağlı qərar vermək hüquqlarından məhrum olublar.

Nazirlər Kabinetindən cümə axşamı Trend-ə verilən məlumata görə, bununla əlaqədar "Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə"yə yeni dəyişikliklər edilib.

Bu dəyişikliklərə görə, müvafiq komissiyalar artıq ahılların özünün əsas həyati tələbatını müstəqil təmin edə bilməyən hesab edilməsi barədə qərar qəbul edə bilməzlər. Bununla yanaşı, komissiyaların sosial xidmət müəssisələrinin rəhbərliyi ilə birgə ahılların evdə sosial xidmətdən imtina etmələrinə əsas verən qərar qəbul etmək hüququ da ləğv edilib.

Qeyd edək ki, bundan sonra ilkin TSEK-lərin hüquqları səhiyyə orqanlarından, idarə, müəssisə və təşkilatların müdiriyyətlərindən tibbi-sosial ekspertiza üçün lazım olan məlumatları almaq, əlilləri və sağlamlıq imkanları məhdud uşaqları müayinə və müalicə məqsədləri ilə səhiyyə müəssisələrinə və reabilitasiya mərkəzlərinə göndərmək, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların fərdi bərpa proqramının icrasına nəzarət etməkdən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti