...

Bakıda robot yarışı keçiriləcək

Cəmiyyət Materials 29 Oktyabr 2012 11:49 (UTC +04:00)
Bu il Xəzər Mühəndisləri İctimai Birliyi (XMİB) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə universitet tələbələri üçün robot yarışı təşkil edir.
Bakıda robot yarışı keçiriləcək

Azərbaycan, Bakı, 29 oktyabr / Trend, müxbir E.Mehdiyev /

Bu il Xəzər Mühəndisləri İctimai Birliyi (XMİB) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə universitet tələbələri üçün robot yarışı təşkil edir.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu, dünyada ən məşhur robot yarışlarından biridir.

Yarışmada iştirakçı robotların vəzifəsi qara xətt üzrə ən sürətli şəkildə hərəkət etməkdir. Lahiyənin məqsədi gənclər arasında qabaqcıl texnologiyalardan faydalı istifadənin təbliği və gənclərin akademik biliklərinin real lahiyələrə inteqrasiyasıdır.

Yarış qaydalarına əsasən, robotlar xətt üzrə müəyyən istiqamətdə hərəkət edərək yarışırlar. Hər robotun 3 cəhdi var və bunlardan ən yaxşı nəticə hesaba alınır. Robotun maksimum ölçüləri 25x25x25 sm, maksimum çəkisi isə 1 kq-dır. Robot hər zaman xəttin üstündə getməlidir, xəttən kənara çıxdıqda cəhd uğursuz sayılacaq. Kəsişmələrdə robot düz xətti təqib etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti