...

Standartlaşdırma Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti İLAC təşkilatına müşahidəçi üzv qəbul edilib

Cəmiyyət Materials 31 Oktyabr 2012 13:20 (UTC +04:00)
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq (İnternational Laboratory Accreditation Cooperation) təşkilatına müşahidəçi üzv qəbul edilib.
Standartlaşdırma Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti İLAC təşkilatına müşahidəçi üzv qəbul edilib

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq (İnternational Laboratory Accreditation Cooperation) təşkilatına müşahidəçi üzv qəbul edilib.

Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə təşkilatın rəsmi internet səhifəsində (www.ilac.org) də məlumat yerləşdirilib: "ILAC Welcomes AZSTAND. State Accreditation Service under the State Committee for Standardization, Metrology and Patent of the Republic of Azerbaijan (AZSTAND) is welcomed as an Affiliate member of ILAC. We welcome AZSTAND and look forward to working with our AZSTAND colleagues" (https://www.ilac.org/ilac_welcomes_azstand.html).

İLAC-a üzv olmaqla Dövlət Akkreditasiya Xidməti beynəlxalq təşkilat tərəfindən akkreditasiya sahəsində yeni standart və qaydaların hazırlanmasında iştirak, qəbul edilmiş akkreditasiya üzrə normativ sənədlərin əldə edilməsi və bu istiqamətdə təcrübə mübadiləsində iştirak imkanları qazanıb. Eyni zamanda, ticarətdə texniki manelərin aradan qaldırılmasına, elmi-texniki məlumatların və texnologiyaların mübadiləsinə geniş imkanlar yaranıb. İLAC-a üzvlük milli akkreditasiya fəaliyyətinin beynəlxalq tanınmasını da təmin edir. Bununla da akkreditasiya sahəsində təcrübəyə malik ölkələrin imkanlarından istifadə etməklə milli akkreditasiya sisteminin inkişafına stimul yaranır. Dövlət Akkreditasiya Xidməti bundan sonra İLAC-ın baş assambleyasının illik iclaslarında, təşkilatın siyasi və texniki məsələlər, marketinq, laboratoriyalar və yeni akkreditasiya sisteminə dəstək üzrə komitələrinin işində iştirak edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti