...

Qurban Yetirmişli: Bakıda layihələndirilən binaların zəlzələyə davamlılığı bir bal artıq hesablanmalıdır

Cəmiyyət Materials 1 Noyabr 2012 13:07 (UTC +04:00)
Bakıda zəlzələ vaxtı binanın dağılmaması və dayanaqlılığını saxlamaq üçün layihələndirmə zamanı onun zəlzələyə davamlılığı 1 bal artıq götürülməlidir.
Qurban Yetirmişli: Bakıda layihələndirilən binaların zəlzələyə davamlılığı bir bal artıq hesablanmalıdır

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Bakıda zəlzələ vaxtı binanın dağılmaması və dayanaqlılığını saxlamaq üçün layihələndirmə zamanı onun zəlzələyə davamlılığı 1 bal artıq götürülməlidir. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, mürəkkəb geoloji quruluşa malik olan Bakıda qrunt suları, sürüşmə zonaları var, onun müəyyən ərazilərinin relyefi mürəkkəb, gilli-qumludur. Bunları nəzərə alaraq, hər bir binanın tikiləcəyi sahənin seysmikliyini xüsusi olaraq müəyyənləşdirmək lazımdır.

Yetirmişli deyib ki, layihələndirmə zamanı hansı məsafədən zəlzələ baş verəcəyi zaman binanın tikiləcəyi ərazidə onun neçə bal gücündə hiss edilə biləcəyi nəzərə alınmalıdır.

Mərkəz rəhbəri qeyd edib ki, binanın formasından asılı olaraq, onun müxtəlif yerlərində zəlzələ fərqli ballarda hiss edilə bilər.

"Bir bina "T" və yaxud "Г" şəkilli ola bilər. Görürsən ki, onun bir bloku 8 bal, o biri bloku 9 ballıq olur. Zəlzələ zamanı da bir blok təkanların gücünü o birindən çox hiss edir. Əgər hər iki blok eyni cür, yəni 8 balla götürülsə, onda güclü zəlzələlər zamanı aşağı balla hesablanan blok dağılacaq, o biri qalacaq", - Yetirmişli deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti