...

Həftənin ilk iş günü Bakıda hava buludlu olacaq, qısamüddətli yağış yağacaq

Cəmiyyət Materials 4 Noyabr 2012 17:29 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi ərazilərində, paytaxt Bakıda buludlu və yağışlı hava şəraiti proqnozlaşdırılır.
Həftənin ilk iş günü Bakıda hava buludlu olacaq, qısamüddətli yağış yağacaq

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Sabah Azərbaycanın bəzi ərazilərində, paytaxt Bakıda buludlu və yağışlı hava şəraiti proqnozlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, noyabrın 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Bakıda temperatur gecə 13-15°, gündüz 18-20° isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 5-də hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Temperaturun gecə 9-14°, gündüz 17-22° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti