...

Azərbaycanda "ASAN xidmət" mərkəzlərinin ilin sonunda açılması planlaşdırılır

Cəmiyyət Materials 6 Noyabr 2012 17:16 (UTC +04:00)
Azərbaycanda "ASAN xidmət" mərkəzlərinin dekabrın sonunda açılması planlaşdırılır. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Nəzarət və qiymətləndirmə şöbəsinin əməkdaşı Fuad Qarayev bildirib.
Azərbaycanda "ASAN xidmət" mərkəzlərinin ilin sonunda açılması planlaşdırılır

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda "ASAN xidmət" mərkəzlərinin dekabrın sonunda açılması planlaşdırılır. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Nəzarət və qiymətləndirmə şöbəsinin əməkdaşı Fuad Qarayev bildirib.

Onun sözlərinə görə, birinci mərhələdə Bakıda üç mərkəz yaradılacaq ki, bu mərkəzlərdə vətəndaşlar doqquz dövlət strukturunun 24 xidmətinə çıxış imkanı əldə edəcəklər. Sonrakı mərkəzlər regionlarda da açılacaq.

2013-cü ilin yanvarından xüsusi terminallar quraşdırılacaq.

Qarayevin dediyi kimi, mərkəzlərin açılmasında əsas məqsəd vətəndaşların rahatlığını təmin etməkdir. O cümlədən, özünəxidmət terminallarının quraşdırılması planlaşdırılır ki, bu da xidmətlərə çıxışı sadələşdirəcək.

Terminallar "ASAN xidmət" mərkəzlərində quraşdırılacaq.

Səyyar xidmətlərdən əlillərin, eləcə də təyin olunmuş rüsumların ödənilməsindən sonra isə bütün vətəndaşların istifadə etməsi mümkün olacaq.

Bura vətəndaş vəziyyəti aktlarının qeydiyyatı - nikah, doğum, ölüm haqqında şəhadətnamələr və onların təkrar alınması, DİN tərəfindən şəxsiyyət vəsiqələrinin verilməsi, sürücülük hüquqlarının dəyişdirilməsi, ümumvətəndaş pasportlarının alınması və digər xidmətlər daxil ediləcək.

Gələcəkdə, həmçinin Dövlət Gömrük Komitəsinin, Vergilər Nazirliyinin, Miqrasiya Xidmətinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və başqa qurumların xidmətlərinə çıxış mümkün olacaq.

Həmçinin, internet vasitəsilə xidmətlər "bir pəncərə" prinsipi üzrə həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti