...

Azərbaycanda elmi tədqiqatla məşğul olan tələbələr üçün həvəsləndirici tədbirlər həyata keçiriləcək

Cəmiyyət Materials 7 Noyabr 2012 12:25 (UTC +04:00)
Azərbaycanda elmi tədqiqatla məşğul olan tələbələr üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycanda elmi tədqiqatla məşğul olan tələbələr üçün həvəsləndirici tədbirlər həyata keçiriləcək

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda elmi tədqiqatla məşğul olan tələbələr üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Təhsil Nazirliyinin Elm şöbəsinin müdiri Gültəkin Hüseynova çərşənbə günü Trend-ə deyib ki, tələbələr üçün həvəsləndirici tədbirlərin görülməsi hazırlanmış iki yeni sənəddə - "Tələbələrin elmi fəaliyyəti haqqında əsasnamə" və "Tələbələr Elmi Cəmiyyəti haqqında nümunəvi əsasnamə"nin layihəsində öz əksini tapıb.

Hüseynova bildirib ki, həvəsləndirici tədbirlər kimi belə tələbələr üçün xüsusi layihə müsabiqələrinin keçirilməsi, mükafatların verilməsi, onlar üçün keçirilən müxtəlif tədbirlərinin sayının artırılması və s. nəzərdə tutulur.

Şöbə müdirinin sözlərinə görə, Nazirlər Kabinetinə təqdim edilmiş adıçəkilən sənədlər bugünlərdə yenidən işlənməsi üçün TN-ə göndərilib. Hazırda nazirliyin müvafiq işçi qrupları həmin sənədlər üzərində işləyirlər.

Sənədlərdə tələbənin elmi tədqiqatla hansı formada məşğul olması, Tələbə Elmi cəmiyyətlərinin fəaliyyətinin, onların strukturunun təşkili kimi məsələlər öz əksini tapıb. Yeni sənədlər vasitəsilə tələbələrin elmi tədqiqat işlərinə daha çox cəlb olunmasına imkan yaradılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti