...

Məktəblərin qış mövsümünə hazırlıqla bağlı problemləri araşdırılıb

Cəmiyyət Materials 8 Noyabr 2012 14:55 (UTC +04:00)
Qış mövsümünə hazırlıqla əlaqədar 2012-2013-cü tədris ilində şagirdlərin sağlamlığının qorunması məqsədilə təhsil müəssisələrində mövcud olan problemlər araşdırılıb.
Məktəblərin qış mövsümünə hazırlıqla bağlı problemləri araşdırılıb

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Qış mövsümünə hazırlıqla əlaqədar 2012-2013-cü tədris ilində şagirdlərin sağlamlığının qorunması məqsədilə təhsil müəssisələrində mövcud olan problemlər araşdırılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən cümə axşamı Trend-ə verilən məlumata görə, araşdırma zamanı bir sıra təhsil müəssisələrində istilik xətlərinin düzgün çəkilmədiyi, havalandırma sisteminin düzgün quraşdırılmadığı məlum olub.

Mövcud problemlərlə bağlı aidiyyəti müəssisə və orqanlara müraciət edilib, mövsümə qədər problemlərin maksimum dərəcədə həll olunacağı gözlənilir.

Qeyd edək ki, 2012-2013-cü tədris ilinin payız-qış mövsümünə hazırlıq məqsədilə istilik, enerji və qaz təchizatı, ventilyasiya sisteminin sazlanması, isti və soyuq su ilə təmin edilmə, eyni zamanda, yanğın, qəza və zədələnmələrin qarşısının alınması, şagirdlərin və işçilərin sağlamlığının qorunması ilə bağlı bir sıra tədbirlərin görülməsi ilə əlaqədar müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti