...

Azərbaycanda şəkər xəstələri və risk qrupuna aid əhali üçün təlimlər keçiriləcək

Cəmiyyət Materials 8 Noyabr 2012 16:35 (UTC +04:00)
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində fəaliyyət göstərən Diabet Məktəbində şəkərli diabet xəstələri üçün təlimlər keçiriləcək.
Azərbaycanda şəkər xəstələri və risk qrupuna aid əhali üçün təlimlər keçiriləcək

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində fəaliyyət göstərən Diabet Məktəbində şəkərli diabet xəstələri üçün təlimlər keçiriləcək.

Mərkəzdən cümə axşamı Trend-ə verilən məlumata görə, təlimlər noyabrın 12-16-da olacaq. Mərkəz həm də noyabrın 19-21-də risk qrupuna aid əhali üçün təlimlər təşkil edəcək.

Təlim zamanı şəkərli diabet haqqında, özünənəzarət vasitələrindən istifadə qaydaları, diabetin fəsadları və s. mövzularla bağlı məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti