...

Poti limanında tətil dayandırılıb

Cəmiyyət Materials 10 Noyabr 2012 14:53 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 10 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın Qara dəniz sahillərindəki Poti limanının tətil edən işçiləri şənbə günü səhər saatlarında işi bərpa ediblər.

Trend-in məlumatına görə, Gürcüstanın iqtisadiyyat naziri Georgi Kvirikaşvili jurnalistlərə deyib ki, rəhbərlik etdiyi qurumun iştirakı ilə liman administrasiyası və tətilçilər razılığa gələ biliblər.

Kvirikaşvili qeyd edib ki, dekabrın 1-dən liman işçilərinin maaşı 20 faiz artırılacaq, halbuki onlar məvacibin ən az 40 faiz artırılmasını tələb edirdilər.

"Bundan başqa, işçiləri narahat edən iş gününün uzun olması, nahar, əmək şəraiti və digər məsələlər həll edilib", - Kvirikaşvili qeyd edib.

Nazirin sözlərinə görə, tezliklə işəgötürənlər və işçilər arasında münasibətlər Gürcüstan hökuməti çərçivəsində müzakirə ediləcək. Hökumət Əmək Məcəlləsini muzdlu işçilərin xeyrinə yenidən nəzərdən keçirmək niyyətindədir.

Qeyd edək ki, Poti limanının işi 10 gün ərzində 70 faiz iflic vəziyyətinə düşmüşdü. Buna səbəb donanma əməkdaşları, ehtiyat qrupları və yükdaşıyanların tətil etməsi olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti