...

Fərdi jurnalist yazıları üzrə növbəti müsabiqə elan olunub

Cəmiyyət Materials 12 Noyabr 2012 19:34 (UTC +04:00)
Binəqədi rayon İcra Hakimiyyəti və Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu fərdi jurnalist yazıları müsabiqəsi elan ediblər.
Fərdi jurnalist yazıları üzrə növbəti müsabiqə elan olunub

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Binəqədi rayon İcra Hakimiyyəti və Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu fərdi jurnalist yazıları müsabiqəsi elan ediblər.

Fonddan Trend-ə verilən məlumata görə, müsabiqənin məqsədi Binəqədi rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.

Müsabiqənin mövzusu "Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər"dir.

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır. Yazıların qəbulu 14 noyabr 2012-ci il tarixindən başlayır, 14 dekabr 2012-ci il tarixində başa çatır. Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması:

I yer - 1000 manat (1 nəfər - 1000 manat)
II yer - 800 manat (2 nəfər - 1600 manat)
III yer - 600 manat (3 nəfər - 1800 manat)

Həvəsləndirici mükafat - 200 manat (10 yazı müəllifinə həvəsləndirici mükafat veriləcək).

Qaliblər, həmçinin Binəqədi rayon İcra Hakimiyyəti və Fondun xüsusi diplomu ilə təltif olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti