...

Elşad İskəndərov: Azərbaycanda dinə marağın artması müşahidə edilir

Cəmiyyət Materials 13 Noyabr 2012 11:39 (UTC +04:00)
Azərbaycanda milli mənəvi dəyərlərin yüksəlməsi ilə yanaşı, dinə marağın artması da müşahidə edilir.
Elşad İskəndərov: Azərbaycanda dinə marağın artması müşahidə edilir

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda milli mənəvi dəyərlərin yüksəlməsi ilə yanaşı, dinə marağın artması da müşahidə edilir. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov deyib.

Komitə sədri bildirib ki, Azərbaycanda din-dövlət münasibətləri çox yüksək səviyyədə tənzimlənir. Eyni zamanda, əhalinin əksər hissəsi bu istiqamətdə aparılan fəaliyyətdən razıdır.

İskəndərov əlavə edib ki, Azərbaycanda tolerantlıq mühiti əhali tərəfindən mütləq şəkildə dəstəklənir.

"Əhalinin dini sahədə maarifləndirilməsinə ehtiyac var. Bu, bütövlükdə Dövlət Komitəsinin deyil, həm də mətbuatın işi olmalıdır", - İskəndərov bildirib.

O qeyd edib ki, hazırda komitə bu istiqamətdə işlər aparır.

İskəndərovun sözlərinə görə, hazırda qarşıda 3 prioritet məsələ durur. Bunlar din-dövlət münasibətlərinin cəmiyyəti qane edəcək şəkildə tənzimlənməsi, radikalizmin süni şəkildə yayılmasının qarşısının alınması və əhali arasında aktiv şəkildə maarifləndirmə işlərinin aparılması, cəmiyyətin dinə olan ehtiyacının ödənilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti